Mətbuat konfransı olacaq-İNSAN HÜQUQLARI İLƏ BAĞLI

02, 08, 18
11:20

Mətbuat konfransı olacaq-İNSAN HÜQUQLARI İLƏ BAĞLI


Dünən “Ədalət naminə həmrəylik” Komitəsi toplanaraq önəmli qərarlar alıb. Azerbaycanrealligi.com Xural.com-a isitnadən verdiyi məlumata görə, toplantıda belə qərarlaşdırılıb ki, ayda 2 dəfə olmaqla mətbuat konfransları keçirilsin və ölkədə baş verən hüquq pozuntuları medianın gözünün qarşısında müzakirə edilsin. Növbəti mətbuat konfransının tarixi avqustun 8-nə, həftənin 3-cü gününə müəyyənləşdirilib və Gəncə və Sumqayıtda baş verən həbslər, mühakiməsiz öldürülən şübhəli şəxslər, ölkəni başına götürən narkomaniya bəlası, ərəblərin azyaşlı qızlarımızı satın alaraq ölkədən aparmaları, siyasi məhbuslar ətrafında davam edən müzakirələr və siyasi məhbusların hamısının azadlığa buraxılaraq Azərbaycanın beynəlxalq imicinin düzəldilməsi mövzularının müzakirəsi qərarlaşdırılıb. Komitədən bildirilib ki, indidən duyarlı şəxslər dəvət olunur. Verilən məlumata görə, mətbuat konfransının keçiriləcəyi tarixə qədər növbəti xatırlatmalar olacaq…

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın