Kanal13.tv əməkdaşı İsmayıl İslamoğlu təhdid olunur

01, 08, 18
11:25

Kanal13.tv əməkdaşı İsmayıl İslamoğlu təhdid olunur


Azerbaycanralligi.com xəbər verir ki, "Kanal-13" internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlunun sosial şəbəkədəki facebook hesabının inboksuna naməlum profillərdən təhdid mesajları gəlir. Bu barədə facebook sosial şəbəkəsində İsmayıl İslamoğlu özü profilində paylaşım edib: "Diqqət! 5 dəqiqə ərzində iki təhdid mesajı aldım. Kimsə tapşırıq verib, deyəsən, bunlara ard-arda yazırlar". O, Elxan Həmbəşir və Tahir Bağırov adlı naməlum profillər tərəfindən təhdid olunub. Jurnalist bu haqda hüquq-muhafizə orqanlarına məlumat verəcəyini bildirib.










Təhdid edən nəməlum profillər



Qeyid:

İyulun 27-də "Kanal-13" internet televiyzasının əməkdaşı İsmayıl İslamoğluna sosial şəbəkələrdəki statusu ilə bağlı xəbərdarlıq edilib.
İslamoğlunun yaxınları Amerikanın Səsinə bildirib ki, jurnalist bu gün saat 17 radələrində iki mülki geyimli şəxs tərəfindən evindən aparılıb.
“İslamoğlu Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. O 3 saatadək saxlanıldıqdan sonra, ona “Jara” musiqi festivalına dair sosial şəbəkələrdə yazdığı tənqidi statusu ilə bağlı xəbərdarlıq edilib və daha sonra o, azad buraxılıb”, jurnalistin yaxınları bildirib.
Rəsmi qurumlar jurnalistə xəbərdarlıq edilməsi ilə bağlı hələ məlumat yaymayıb.

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın