Prezidentin Arxiv İdarəsinə rəis təyin etdiyi şəxs kimdir?

31, 07, 18
19:13

Prezidentin Arxiv İdarəsinə rəis təyin etdiyi şəxs kimdir?

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Əsgər Adil oğlu Rəsulovun Milli Arxiv İdarəsinə rəis təyin edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, 1954-cü il martın 3-də Naxçıvan şəhərində anadan olan Ə.A.Rəsulov dörd il SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Türkiyə Cümhuriyyətində tərcüməçi işləyib. 1980-ci ildən bu günə qədər BDU-də baş laborant, müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.
O, həmçinin 1989-1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent vəzifəsində çalışıb. Əsgər Rəsulov 1983-cü ildə “Türk ədəbiyyatında oçerk janrı” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə isə Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları” mövzusunda filologiya üzrə elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
Əsgər Adil oğlu Rəsulov 2012-ci ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Arxiv İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
1980-ci ildən BDU-da çalışır. Filologiya üzrə elmlər doktoru, professordur.

Bizimlə əlaqə saxlayın