Oktay Gülalıyev: Haqqımızda həqiqətdən kənar, şər- böhtan xarakterqli məlumatlar yayırlar.

29, 07, 18
11:13

Oktay Gülalıyev: Haqqımızda həqiqətdən kənar, şər- böhtan xarakterqli məlumatlar yayırlar.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev öz facebook hesabında status paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik.

Son günlər hakimiyyətin bəzi saytları, trol dəstəsi və müxalif partiyalarda iş birliyində olduğu emissarları vasitəsi ilə haqqımızda həqiqətdən kənar, şər- böhtan xarakterqli məlumatlar yayırlar. Məni hakimiyyətlə iş birliyindən tutmuş Avropaya mühacir göndərməyə, mitinqlərdə iştirak etməməyə, Elçibəyə, Rəsulzadəyə xəyanət etməyə, bacarıqsızlığa və s. qədər ittiham edirlər (!?). Ömrü boyu onun- bunun sifarişi ilə oturub duranlar bizi sifariş yerinə yetirməkdə suçlayırlar. Açığı mənim onlara cavab verməyə vaxtım, imkanım və həvəsim yoxdur. 25 ildir hakimiyyətin bizə ünvanladığı saxta ittihamları indi də müxalifət təşkilatlarında olub, özünü Elçibəyçi, millətçi adlandıranlar bizə deyir. Desinlər. Bu ittihamları deyən hakimiyyət özünüifşadan, xalqın nifrətini qazanmaqdan savayı nə qazandı ki, bu binəvalar da nəsə qazansınlar!?

Bu ittihamlar arasında bir məqam diqqətimi çəkdi. Bizi bacarıqsızlıqda, təşkilatı qabiliyyətə malik olmamaqda ittiham edirlər(!?). Bu ittihama 2 foto ilə aydınlıq gətirək:

Aşağıdakı fotolarda qeyd olunan tədbirlər bu yaxınlarda- iyun və iyul aylarında KXCP Qərargahında baş tutub. Tədbirin birini partiyada heç bir vəzifəsi, səlahiyyəti olmayan sıravi üzv olan bizlər, digərini isə partiyanın rəhbərliyi təşkil edib. Tədbirin biri Elçibəyin 1992- ci ildə prezident seçilməsi, "7 iyun- Demokratiya günü" ilə bağlı keçirdiyimiz tədbir, digəri isə partiya rəhbərliyinin Milli hakimiyyətin devrilməsində yer alan, tez-tez Elçibəyi təhqir edən Nemət Pənahlının iştirakı ilə "AXC- 29" mövzusunda keçirdiyi tədbirdir. Bir tədbirdə zalda oturmağa yer çatışmır, koridor insanlarla doludur. Mətbuatın iştirak etdiyi, canlı yayımla bütün dünyaya transilyasiya olunan, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar çıxış edib 7 iyunun tarixi əhəmiyyətindən danışır. Digər tədbirdə isə 10- 12 nəfər iştirak edib özünəməxsus şəkildə keçmiş xatirələrindən danışırlar...

İndi siz deyin: hansı tədbiri təşkil edənlərin bacarığı, təşkilatı qabiliyyəti zəifdir? Kimlər təşkilatı bölür, zəiflədir, nüfuzdan salır, kimlər təşkilatı böyüdüb inkişaf etdirmək istəyir?
Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın