Hafiz Hacıyev: Əhməd İsmayılov Əli Həsənov, Ramiz Mehtiyev yolunu davam etdirir

05, 02, 23
12:00

Hafiz Hacıyev: Əhməd İsmayılov Əli Həsənov, Ramiz Mehtiyev yolunu davam etdirir


Bir neçə gündür Media İnkişaf Agentiliyinin yaratdığı MEDİA Reyestrinə düşməyənlər jurnalist kimi faliyyət göstərə bilməzlər mövzusu demək olar ki, jurnalistlər arasında çox ciddi qalmaqala səbəb olub. Ötən gün Repressiya və İşgəncələr Əleyhinə Komitənin ofisində toplaşan Müstəqil media qurumları demək olar ki, jurnalistlər media haqqında qəbul olunmuş qanunu legitim tanımadılar və qanunun fəaliyyətinin dayandırılmasını tələb etdilər. Əks halda onlar artıq bu cür toplantıları hansısa qapalı məkanlarda yox Media İnkişaf Agentiliyinin qarşısında aksıya keçirməyi qərara aldılar.

Məsələni "Azərbaycan Reallığı"na şərh edən Müasir Musavat partıyasının sədiri Hafiz Hacıyev bildirir ki, Əhməd İsmayılovun bu addımı müstəqil mediyaya qarşı yox, bütün Azərbaycan xalqına və əsasda dövlət başçısına qarşı olan addımdır. Dünyada mediyaya yer verilən bir dönəmdə Azərbaycanda isə bu cür qərarların verilməsi Azərbaycan mediasın dünyadan təcrid edilməsi deməkdir.

Görünür Əhməd İsmayılova tapşırıq verən elə eyni adamlardır. Ramiz Mehtiyev, Əli Həsənov və digərləri. Bunlar istəsəydi mətbuat azadlığına böyük yer verərdilər dünya bunu istəyir. Bunu etmək əvəzinə bunlar Rusiyadan gələn planları yerinə yetirirlər. Hər halda yenə mediyaya nəzarət edənlər görünür köhnə komandanın üzvülərdir Ramiz Mehtiyevdən tapşrıq alıb sizin kimi müstəqil mediani dövlət başçsı ilə üz-üzə qoyub ləzzət alırlar. Bu da sona kimi davam etməyəcək nə qədər gec deyil nəticə çıxarsınlar. 

Buradan səslənirəm vicdanınız olsun mediyanı bu qədər basqı altında saxlayıb incitməyin. Dövlət başçısının üstünə qaldırmayın! Dünya bizə baxıb gülür. Müstəqil media nə yazır ki?

Bunların korrupsiyasından, bunların villalarından, pirezdentə etdikləri xəyanətdən təbbi ki, bu da bəzi qüvvələrə sərf etmir. Əhməd İsmayılovun özünün mətbuatdan xəbəri yodur. Azərbaycanda nə qədər müstəqil media Reaksıya.TV Kanal13.Tv və başqa adların sadalaya bilmədiyim kimi kanallar saytlar var heç birin qeydiyyata almayıb bu qədər şərəfsizlik olar?

Bu adam kimin adamdır gətirib qoyublar ora səviyyəli bir adam olduğunda düşünmürəm mediadan anlayışı olmayan adamı gətirib itələyiblər media içinə. Qərbi Azərbaycanda əlində kabab satanlar gəlib özünə media qurub. Aylıq paketin alır. Gedib bizim kimi siyasətçini, sizin kimi mustəqil medianı ləkələməklə məşgul olur. Hahfiz Hacıyev bunlarında sonu Əli Həsənov, Ramiz Mehtiyev kimi olacağını xüsusilə  qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın