Hürrü Əliyev: Millətimizin, dövlətimizin və bayrağımızın şərəfini qorumaq uğrunda...

28, 01, 23
11:00

Hürrü Əliyev: Millətimizin, dövlətimizin və bayrağımızın şərəfini qorumaq uğrunda...


Bir il tez, bir il gec başlayacaq bir prosesi irticaçı tehran rejimin özü erkənləşdirməkdədir. Güneyli, qüzeyli bütün milli vətənpərvərlərimizi hər bir fövqal duruma hazır olmağa, gərəkdiyində bir an belə düşünmədən ayaqda olmağa çağırırıq.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri Azərbaycanın eks-prezdeniti Əbülfəz Elçibəyin qardaşı oğlu "Bəyaz" hərəkatının başqanı Hürrü Əliyev deyib.

Rejimin bu addımı Azərbaycan türkünün milli heysiyyatını və oyanış nəbzini yoxlamaq xarakteri daşıyır.

Bu xain  saldırıya bir millət olaraq susmağımız bizi milli amallarımızdan və yaxın olan hədəflərimizdən uzaqlaşdıracaq.

Təmkin və müdirklik nümayiş etdirməyimizlə yanaşı hər bir etiraz üçün hazır olmalıyıq. Baş vermiş qanlı terror hadiəsində vətınimizin, millətimizin, dövlətimizin və bayrağımızın şərəfini qorumaq uğrunda gözünü qırpmadan canını fəda etmiş Şəhidimizə Allah rəhmət eləsin. Amin.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841   

Bizimlə əlaqə saxlayın