Tofiq Yaqubluya görə keçirilən "aclıq aksiyası"-nın görünməyən tərəfi - Aksiyadakı yeməkləri kim yeyir? (FOTOLAR)

20, 01, 23
13:00

Tofiq Yaqubluya görə keçirilən "aclıq aksiyası"-nın görünməyən tərəfi - Aksiyadakı yeməkləri kim yeyir? (FOTOLAR)


İctimai fəal, Müsavat partiyası üzvü Tofiq Yaqublunun həbsinə etiraz olaraq Müsavat qərargahında saxta aclıq aksiyası keçirilir. Müxalifətin bütün media kuratorları səhər axşam qərargahın iy basmış "yataqxanası"-dan (bəli, qərargah yox yataqxana) çəkilişlər edib dünyaya car çəkir, artıq çox az adama qrant ayıran "Soros" - çu təşkilatlara səslərini çatdırmağa, növbəti qrant üçün onları inandırmağa çalışırlar. Amma gəlin görək həqiqətən aclıq aksiyası keçirilirmi?

Adı "aclıq aksiyası" olan, içəridə yatanların ac olmadığı aksiyada yalnız kamera önündə iştirakçıların aclığı yada düşür. AXCP sədri Əli Kərimlinin ziyarətinə 1 gün öncədən hazırlıq görən qərargah deyəsən bu dəfə kameralara vaxtsız yaxalanıb. Aksiyanın şəkillərində də gördüyünüz kimi, sözügedən otaqdakılar özlərinə qəti korluq vermir, su da içirlər, yemək də yeyirlər, yedikləri yaxşı həzm olunsun deyə şirniyyat da üstündən atışdırırlar. Axı, aclıq aksiyasındasınız cənablar, Tofiq Yaqublu məhbəsdə "sizinlə fəxr edir".

Aksiyanın fəallarından danışaq biraz da. Aksiyada iştirak edən Əziz Məmiyev 2 gün öncə kafedə yeyib içərkən görüntülənib, dostları masada aclıq aksiyası fəalı olduğunu unudub xatirə şəkli də çəkdiriblər. Nə əcəb aclıqdı bu belə?!

Bunlara baxdığımızda adamın beynini bir sual qarşıdırır. Bəs, Tofiq Yaqublu özü necə, o da saxta aclıqdadı? Görəsən xəstəxana otağındakı yemək qalıqlarını gizlədə bilir ən azından? Ardıcılları kimi naşı deyilsə vəziyyətdən çıxış yolu tapacaq hər bir halda. Ardıcılları isə, başqa sözlə desək "gənc Tofiq Yaqublular" bu sınaqdan uğurla çıxa bilmədi. Görünür onların hələ də Tofiq Yaqubludan öyrənəcəyi "çox şeylər" var...


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın