Düzgün Atalı:"Qum siğəsi"ni Azərbaycana daşıyan iran kəşfiyyatı həm də separatizmi və terroru təbliğ edir - SENSASİYA

19, 01, 23
10:00

Düzgün Atalı:"Qum siğəsi"ni Azərbaycana daşıyan iran kəşfiyyatı həm də separatizmi və terroru təbliğ edir - SENSASİYA


İranın, "Qütsün yolu Bakıdan keçir" ultumatımından sonra siçan deşiyinə girən separatçılar və "Qum" məzunları yenidən ortaya çıxıb. İdi də önə qadınları veriblər. Bu şərəfsizlər, bütün yaramaz hərəkətlərini iran molla rejiminin təşkilatçılığılə, şiəçilik pərdəsi altında edir. Bir sözlə, ölkəmizə qarşı çıxan separtçılar və dini dövlət yaratmaq istəyən qüvvələr, bir mərkəzdən, yani " Qum"dan idarə olunur.

Bu səbəbdən də, son vaxtlar qum məzunları da çox fəallaşıb. Mənə, Eluca Atalıya və başqa vətənpərvər şəxslərə olan hücumların da arxasında "Qum" və məzunlarının dayanması göz önündədir. Yadınızdadırmı, Taleh Bağırzadəni müdafiə etmək adi ilə meydana yalnız zənənlər çıxarılmışdır. Həmin adamların bəziləri iranın fətfasılə ortaya çıxarılmış separatçılardır

Azərbaycan xalqı ayıq olmalıdır! 

Separatçıların ölkəmizdə böyük maddi vəsait sahiblərinə çevrilməsi təəssüf doğurur. Onlar, həmin vəsaitlər hesabına avam və cahilləri öz tərəflərinə çəkəməyə nail ola bilir. Ölkədə qarışıqlıq salmaq üçün, onlara  irandan maliyyələr  ötürülür. Bildiyimiz qədər, separatçılar toplantılar keçirib,vəsait yığımları edir.

Bir vaxtlar ermənilər də belə edirdı. Cəmiyyətimiz bunu nəzərdən qaçırmamalı, hər bir fərd dövlətimizi qorumaq üçün əlindən gələni etməli, separatçıları və "Qum" məzunlarını ifşa etməkdən çəkinməməlidir. 

İmperiyalar, işğal etdikləri ərazilərdə böyük etnosları aşağılamaq və sıradan çıxarmaq üçün cürbəcür ideyalar uydurur. Məsələn: Siz bura gəlmə xalqsınız, uydurmasını beyinlərə həkk edir. Hətta, ruslar  erməniləri bizim coğrafiyaya yerləşdirərək onlara saxta bir tarix də uydurub ki, guya  onlar yerli abrogen xalqdır. Bu səbəbdən də 200 ildir ruslar tərəfindən Türkləri aşağılamaq siyasi kompaniyası  aparılır.

Rusların məqsədi bizi yaşadığımız coğrafiyadan çıxarmaq olub.

Altay nəzəriyyəsi də ruslar tərəfindən uydurulmuş bir ideyadır,- guya biz yerli yox, gəlmə  xalqıq. Təbii ki,  yaşadığımız coğrafiyaya orta Asiyadan da xeyli soydaşlarımız gəlib, əslində isə onlar öz soydaşları yaşayan ərazilərə köçüb. Bax bu uydurma nəzəryyələrdən silahlanan farslar və başqa etniklər üstümüzə gəlir. Hətta, düşmənlərimiz, bzi, Türk ailəsindən ayırıb, təkləmək üçün asimliya olunduöumuzu sübut etmək istəyir.  Ancaq baş tutan məsələ deyil! Hər kəs, hansı millətə aidd olduğunu daha yaxşı bilir və həmin dildə də danışır. Türklər heç kimi asimliya etməyib, etsəydi bir ovuc olan Xınalığ kəndinin əhalisini edərdi.

P S. Son vaxtlar düşmənlər qüdrətimiz qarşında duruş gətirmədiklərinə görə içimizdə cürbəcür bəhanələrdən istifadə edib, qarışıqlıq salmaq istəyir.

Vaxtınızı boşa verməyin cənablar, ermənilərin aqibətini yaşamaq istəmirsinizsə, oturduğunuz budaqları sındırmayın, yoxsa başınız üstə yerə gələcəksiniz.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın