Eldar Həsənovdan İlham Rəhimova qədər uzanan dostluq yolları...

24, 11, 22
10:00

Eldar Həsənovdan İlham Rəhimova qədər uzanan dostluq yolları...


Dost sözü ağır sözdür. Bu söz haqqında kiçik araşdırma aparsaq dərin fəlsəfəyə rast gəlmək olar. Xəyanət böhtan şər və ən nahayət dost dostunu öldürüb qatilə kimi... Məhşur yazıçi Əbu Turxan deyərdi ki,  "ancaq riyakarlar hamı ilə dostluq edə bilər." 

Digər bir məhşur yazıçı Sokrat deyərdi:"Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq." 

Bu iki sözün fərqliliyini tam aydın günəşliyi ilə görmək kifayətdir. Pulun, var-dövlətin, sərvətin, vəzifən varsa dostlarında çox olacaq. İndi isə bir reallığı danışaq:

Təsadüfən İmamverdi Cəfərovun azərbaycanlı iş adamı İlham Rəhimovla fotosu qarşıma çıxdı.

İlham Rəhimovu hər birimiz tanıyırıq, xeyriyəçi iş adamıdır, dəfələrlə xeyirxah addımlarını görmüşük. Elə yadımızda qalan odur ki, Tovuz döyüşlərində şəhid olan Elşad Məmmədovun övladını 18 yaşına qədər öz himayəsinə götürüb. 

Bəs fotonu “İlham Rəhimovla səmərəli və səmimi görüşüm oldu” başlığı ilə paylaşan İmamverdi Cəfərov kimdir?


Kiçik bir araşdırma aparanda məlum olur ki, bu adam ümumiyyətlə, dostluq etməyi bacarmır, münasibət qurduğu hər kəsdən öz məqsədləri üçün yararlanır. 

Təsəvvür edin, İmamverdi Cəfərov vaxtilə müxalifət düşərgəsində – əvvəlcə ADP-də, daha sonra isə İctimai Palatada təmsil olunub və həmişə özünü bu çevrələrə sabiq baş prokuror, hazırda həbsdə olan keçmiş səfir Eldar Həsənova yaxın şəxs kimi təqdim edib. Belə də demək olar ki, İmamverdi Cəfərov həmişə özünü Eldar Həsənovla müxalifət düşərgəsi arasında əlaqələndirici, “körpü yaradan şəxs” statusunda göstərib.

Üstəlik, vaxtilə parlament seçkilərində Kəlbəcərdən olan Cavid Qurbanovun əsas rəqibi kimi də çıxış edib. Belə desək, deputatlığa namizəd olub. Yaxşı xatırlayıram ki, həmin dönəm Cavid Qurbanovu mətbuatda, eləcə də yığıncaq və tədbirlərdə “yıxıb-sürüyürdü”. 

2005-ci il Parlament seçkilərində deyirdi ki, kim olur olsun, mən də namizədliyimi verəcəm və mübarizəmi aparacam. Amma nə oldu? Ona güvənən, dəstək olan insanlara arxa çevirdi, vaxtilə ilə tənqid etdiyi Cavid Qurbanovun xeyrinə namizədliyini geri götürdü.

Cavid Qurbanovun sözsüz ki, şəxsi ilə, məmur obrazı ilə bir işimiz yoxdur. Hər halda həm hökumətdə, həm də Kəlbəcər camaatı arasında etimad qazanmış şəxslərdəndir. Amma bizi maraqlandıran sual başqadır: Görəsən, İmamverdi Cəfərov vaxtilə tənqid etdiyi Cavid Qurbanovun dostluğunu necə və neçəyə “qazandı?

İlham Rəhimov bütün bunlardan dərs çıxaracaqmı? 
 

"Bu gün Azərbaycanlı iş adamı, Rusiya Elmlər Akademiyasının ilk Azərbaycanlı hüquq elmləri üzrə akademiki, uzun illərdir səmimi dostluq etdiyim, hər bir azərbaycanlının fəxrlə adını çəkdiyi İlham Rəhimovla səmərəli və səmimi görüşüm oldu.

Böyük ehtimalla bu sözü İmanverdi müəllim bir neçə ay bundan öncə Cavid müəllimə deyirdi. Maraqlıdı, hörmətli İmanverdi Cəfərov siz dost tapa bilərdiniz amma İlham Rəhimovu dost tapmaqla kimlərə mesaj vermək istəyirsiz? 

Bir dostu birdə sevgini tez-tez dəyişməyin, fəsadları sonradan sağalmaz xərçəng xəstəliyinə çevirilir axı...

Biz bu yazını yazmaqla düşünməyin ki, kiminsə sifarişin yerinə yetiririk. Əsla!  Məqsədimiz sadəcə bu yazını yazmaqla bəzi məmurlara dost seçəndə. "mujik" seçin ki, gələcəkdə ayağınız büdrəyəndə arxanızda "mujik" ləri görə biləsiniz!

Yazıda adı çəkilən istənilər şəxslərində cavab haqqın tanıyırıq!
 

Bizimlə əlaqə saxlayın