Partiya sədri Anar Əsədli Əbülfəz Elçibəyin köməkçisinə qarşı külli miqdarda dələduzluq edib

Siyasət / Manşet
 25-10-2022, 11:00     610


Ötən həftə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Partiyanın mətbuat xidməti onun BMCMİ-ə çağırılmasını təsdiqləsə də, onun hansı səbəbdən idarəyə dəvət olunduğu açıqlanmamışdı.

“Azərbaycan Reallığı” xəbər verir ki, sosial şəbəkələrdə Anar Əsədlinin dələduzluq əməlləri ilə bağlı DİN-ə çağırıldığı iddia olunub. Bildirilir ki, o, Əbülfəz Elçibəyin köməkçisi Oktay Qasımova külli miqdarda dələduzluq edib. Onun O.Qasımovdan iş qurmaq adı ilə 150 min manat aldığı bildirilib.

Məsələ ilə bağlı Oktay Qasımovla əlaqə saxlasaq da, hazırda danışmaq istəmədiyini bildirib. O, Anar Əsədli tərəfindən dələduzluğa qalması ilə bağlı iddiaları təsdiq və ya təkzib etməkdən imtina edib.
Oqtay Qasımov: “Türkiyə çox çətin problemlə üzləşib” » Reyting.az
Oqtay Qasımov 

Qeyd edək ki, Ay Partiya sədrinin Zəngilanın sabiq icra başçısı İlham Hüseynov və bir sıra digər şəxslərə qarşı dələduzluq etdiyi, hazırda şikayətlərlə bağlı BMCMİ-də araşdırmaların davam etdiyi bildirilir.

Onuda əlavə edək ki, Bir neçə gündür ətrafında neqativ söhbətlər dolaşan Azərbaycan Yüksəliş (AY) Partiyasının daxilində gərginlik bu ilin əvvəlindən başlayıb. Əldə etdiyimiz məlumata görə, ciddi maliyyə problemləri və yarıtmaz idarəçilik təşkilat daxilində istefalara səbəb olub.
Anar Əsədli “Bandotdel”ə dələduzluğa görə çağırılıb?
 Anar Əsədli

Belə ki, bu il ərzində partiya rəhbərliyindən 8 nəfər istefa verib.

İstefa verənlər sədrin birinci müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov

Digər müavin Ehtiram İlham

Humanitar məsələlər üzrə müşavir Mətləb Abdullayev

İnsan haqları və QHT-lər üzrə müavin Gülşən Məmmədoğlu

Gənclər təşkilatının sədri Nurel Kərim 

Humanitar məsələlər üzrə müavin Nigar Sultanlı

Ankara üzrə təmsilçi Ləman Fikrətli

Qadınlar qolunun rəhbəri Mətanət Həsənova


Bu müddət ərzində xeyli sayda sıravi üzv də partiya sıralarını tərk edib. 

Anar Əsədli iş qurmaq adıyla Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin köməkçisi Oktay Qasımovadan təxminən 150 min manat pul mənimsəyib. Partiya mənsubları isə  sədrin borc məsələsinə görə idarəyə çağırılmasına siyasi don geyindiriblər, bunu təşkilatın fəaliyyətinə təzyiq kimi qələmə veriblər.

Halbuki AY Partiya dövlət qeydiyyatına yeni alınıb, hakimiyyətlə də dialoqdadır. Belə olan halda hansı təzyiqdən söhbət gedə bilər?

Anar Əsədli anlamaldır ki, Siyasətçinin əsas prinsiplərindən biri “Hər kəs qanun qarşısında bərabərdir” olmalıdır. 

Məsələyə münasibət bildirən Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli məlum olayın siyasi basqı adı ilə ictimaiyyətə təqdim edilməsini biabırçılıq adlandırıb:

Aslan Həmidli

“Görün hansı vəziyyətdəyik. İndiki qanunla hər yerindən duran partiya yarada bilir. Bu, birmənalı şəkildə qanunların boşluğundan irəli gəlir. Partiyaların qeydə alınmasının şərtləri sərtləşdirilməlidir. Əminəm ki, yeni qanun layihəsi ilə bu cür lazımsız partiyaların fəaliyyəti sonlanacaq”. 

AZƏRBAYCANREALLIĞI.COM