Cavanşir Feyziyevin şirkəti cərimələndi - İşə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərildi

14, 10, 22
14:00

Cavanşir Feyziyevin şirkəti cərimələndi - İşə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərildi


Deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinə növbəti dəfə cərimə protokolu yazılıb.

"Azərbaycan Reallığı" bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Nigar Qədirlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 18-nə təyin edilib.

Xatırlatma: Daha əvvəl “Avromed Company” barəsində eyni xətai il bağlı bir neçə dəfə cərimə protokolu yazılıb.

Qeyd: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın