Gülən və Oktardan sonra Türkiyə onu da silir – Böyük dönəm

25, 07, 18
00:38

Gülən və Oktardan sonra Türkiyə onu da silir – Böyük dönəm

Gülən və Oktar kimi Qərbin dini layihələrindən sonra bu dəfə eyni mərkəzdən idarə olunan, amma siyasi – “Akşənər layihəsi” də iflasa uğramaqdadır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Osmanlı süquta uğrayandan sonra ABŞ, Böyük Britaniya və Fransa bu coğrafiyada kök salıb:

“Bu yerlərdə əsas söz sahibi isə təbii ki, ABŞ-dır. Osmanlının varisi Türkiyədə son dönəmlər əsasən ABŞ, o cümlədən də İngiltərənin mövqelərinə ciddi zərbələr vurulur. Gülənlər, Oktarlardan sonra İncələr, Akşənərlər, Dəmirdaşlar sıradan çıxarılmaqdadır. Desertdə daha böyük balıqlar var”.

Politoloq vurğulayıb ki, İncə və Akşənər prezident seçkilərindən sonra istifadə edildiklərini anladılar:

“Xüsusilə istifadə edildiyini Akşənər anladı. Parlament seçkiləri İYİ layihəsinin iflasa uğradığını göstərdi. Millətçi taban MHP, Baxçalının yanında olduğunu göstərdi. MHP ilə Baxçalı da AKP və Ərdoğanın yanındadır. Okeanın o tayından verilən sifarişlə CHP, HDP, İYİ birləşərək, MHP-ni dağıda bilmədilər. İndi isə bumeranqın vaxtıdır. AKP və MHP İncə faktorundan yararlanıb, CHP-yə sarsıdıcı zərbə vurmalıdırlar. CHP sıradan çıxarılandan sonra HDP-nin də parlamentdə yeri qalmayacaq”.

Politoloq qeyd edib ki, qardaş Türkiyədə ümmətçi iqtidarla millətçi müxalifət sarsılmaz İttifaq qurublar: “Bu ittifaq böyük Türkiyənin memarı olacaq”.

Qeyd edək ki, İYİ Partiyasının sədri Maral Akşənər istefaya getdiyini açıqlayıb. O, partiyanın qurultayında namizəd olmayacağını da bildirib.

Bizimlə əlaqə saxlayın