Əli Kərimlinin partıyası çat verməyə başladı: AXCP-da yaltaqlar avtoritar rejim qurublar - SƏİD BAKUVİ

09, 09, 22
12:00

Əli Kərimlinin partıyası çat verməyə başladı: AXCP-da yaltaqlar avtoritar rejim qurublar - SƏİD BAKUVİ


Öznü cəmiyyətə müxalifət lideri kimi sırıyan, əslində isə öz partiyasını şəxsi obyektinə çevirən, AXCP-nın restoranlar şəbəkəsinin icraçı direktoru Əli Kərimli haqqında, uzun danışmağa və yazmağa gərək yodur. Bu adam illərdir ki, riyakar siyasətinin nəticəsində öz şəxsi mənafeyi üçün yanında ac-susuz mübarizə aparan insanları qurban verir və verməyə hazır olan dırnaq arası siyasətçilərdəndir. Artıq partiya fəalları onun simasını və kim olduğunu görəndən sonra onu rahatlıqla tərk edir. Bunlardan biridə AXCP-nın fəalı və bir zamanlar mitinqlərin ulduzu olan, dəfələrlə həbs həyatı yaşayan Səid Bakuvi ləqəbiylə tanınan Səid Məmmədzadədir. "Azərbaycan Reallığı" xəbər verir ki, Səid Məmmədzadə özünün şəxsi facebook hesabında canlı yayıma çıxaraq, partiya sədrini və partiyanın bir çox rəhbər şəxslərini diktatorluqda ittham edib. 

Əli Kərimli 

Səid Məmmədzadə (Bakuvi) bildirir ki, 2019-cu ildən AXCP sıralarına qoşlub, o Xətai rayon təşkilatının üzvü olub, orada gördüyü haqsızlıqlara və qruplaşmaya qarşı mübarizə aparsada, amma onun bu mübarizəsi nəticə verməyib, bir sözlə özü qurbanlığa çevirilib. AXCP-dan uzaqlaşdırılıb. Səid Məmmədzadə söyləyir: "mənə bildirdilər burada qruplaşma var, məsələni Əli Kərimliyə bildirdim nəticəsi olmadı, daha sonra ondan mənim rayon şöbəmin dəyişdirilməsini istədim, bildirdi ki, 22 illik tərcübəmdə bu şey yoxdur, daha sonra 15 nəfərlik qrupda ona dedim ki, sən bir partiyanı düzəldə bilmirsənsə hansı demokratiyadan danışırsan?" "Elə bu sözü demişdim qrupda olanlar üstümə gəldi ağıllı ol, bax gör kiminlə danışırsan sən, sən YAP-nın üzvüsən, hökumətə işləyirsən kimi ünvanıma olmazın ittihamlarını səsləndirdilər."

Səid Bakuvi

"Seymur Həzi dedi ki, mənimdə fikirlərim Əli Kərimli ilə üst-üstə düşmür."  

Daha sonra Səid Məmmədzadə (Bakuvi) bildirir ki, "məsələ ilə bağlı AXCP-nın sədrinin muavini hesab edilən Seymur Həzi ilə görüşdm. O, bildirdi ki, bir çox məsələlərdə mənimdə fikirlərim Əli Kərimli ilə üst-üstə düşmür, amma nə edək,  olanımız budur." Səid Məmmədzadə (Bakuvi) bildirir ki, "Əli Kərimlini tənqid edib, azad fikirlərinə görə partiyadan xaric olunan təkcə o deyil Fərid Əsədov, Dilarə Mehtiyeva və digər bir çox insanlarda azad fikirlərinə görə partiyadan uzaqlaşdırılıblar. 

Seymur Həzi 

Səid Məmmədzadə (Bakuvi) qeyd edir ki, "onun heç kimin yanında gözü kölgəliyi yoxdur, amma AXCP-nın rəhbərliyində olanların bəzilərinin gözü mənim yanımda kölgəlidir onlar kimlərdir özləri yaxşı bilir, partiyada hamı deyir demokratiyadı amma qoca qurdlar burada diktatora rejimi qurublar, haqqı deyirsən deyillər satqındı, troldu, dünənə qədər mənim hesabıma mənim süfrəmin başında oturanlar, mənə qarşı olunan haqsızlıqlarla bağlı bir dəfə zəng edib maraqlanmadılar, mən kimə nə demişəm, nə etmişəm haqq etmişəm, mənə FACEBOOK mesengerdə yazırlar, təhdid edirlər səni döydürərik, başına min oyun açarıq, amma Əli Kərimli və digərləri bilsin ki, bu hədə qorxular, təhdidlər mənim vecimə deyil, mən hər zaman haqqı demişəm və deyəcəyəm.

Mən bu yola gələndə məni qohumlarım tərk etdi, ailəm dağıldı, çox çətinliklər yaşadım amma indi əqidəsi, siması bilinməyən alçaq adamlar mənə şər atır mən nə etmişəm? Bəlkə qrantlar alıb xərcləmişəm? Bəlkə mənədə kimlərsə ev maşın hədiyyə edib?

Dünən mənim süfrəmin başında oturub mənə qardaş deyənlər, indi zəng edib deyirlər 5-6 ay səbirli ol sənə bəraət veriləcək, mənim Əli Kərimlinin bəraətinə ehtiyacım yodur. Mübarizə adamını ləkələyənlərin əqidəsində və əxlaqında problem var. Mənim anam cəbhəçilərin qabağına çörək qoyub, indi həmin adamlar məni təhqir edir.

Seymur Həzi mənimlə razılaşdı, ona sual etdim mənə qarşı bu haqsızlıq haradan yaranıb, o bildirdi ki, Əli Kərimli ilə fərqli fikirdədir, Türkiyə məsələsində Əli Kərimli ilə onun fikirləri üst-üstə düşmür, ona görə də mənə bir az səbirli olmağı məsləhət etdi, bir məsələni yoluna qoya bilməyən Əli Kərimli, gələcəkdə hakimiyyətdə hansı məsələni, necə yoluna qoyacaq?"

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın