Vətəndaş və İnkişaf Partiyasından istefalar davam edir - FOTOFAKT

03, 09, 22
12:00

Vətəndaş və İnkişaf Partiyasından istefalar davam edir - FOTOFAKT


Vətəndaş və İnkişaf Partiyasından istefalar davam edir.

"Azərbaycan Reallığı" xəbər verir ki, son günlərdə mətbuatda Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin təcridxanada adının insidentdə hallanması ilə bağlı məlumatlar dərc olunan bir zamanda partiya daxilində də istefalar və narazılıqlar davam edir.

Belə ki, redaksiyamıza daxil olmuş məlumatlara görə, partiyanın Mərkəzi Aparatının üzvü, Yasamal rayon təşkilatının sədri Şahin Abdullayev və qurumun digər 2 üzvü Novruz Pənahov və Elşən Qurbanov partiyadan istefa barədə bəyanat imzalayıb.

Həmin bəyanatda partiya daxilində hərc-mərcliyin yaranması, idarəetmə sisteminin çökməsi, partiyada diktatura rejiminin qurulması, partiya funksionerlərinin təklif və fikirlərinin rəhbərlik tərəfindən dinlənilməməsi və son vaxtlarda mövcud hallarla bağlı partiyadan çox sayda üzvün istefa verərək, uzaqlaşması qeyd olunub.

Xatırladaq ki, bir müddət öncə də Vətəndaş və İnkişaf Partiyası rəhbərliyində təmsil olunan bir sıra şəxslər sədr Əli Əliyevin fəaliyyətinə etiraz əlaməti olaraq, partiya sıralarını tərk etmiş, VİP sədrinin keçmiş müavini Əliyar Şirməmmədov müxtəlif televiziya kanallarında çıxış edərək, Əli Əliyevin partiyanı diktator kimi idarə etdiyini, üzvlərin susdurulduğunu açıqlayıb.





AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın