Kəmaləddin Heydərov hansı qadın baş redaktora ev hədiyyə edərək hər ay 50 min dollar verir - SENSASİYA

09, 03, 23
09:00

Kəmaləddin Heydərov hansı qadın baş redaktora ev hədiyyə edərək hər ay 50 min dollar verir - SENSASİYA


Fövqalədə hallar haziri Kəmaləddin Heydərovun gizli fəaliyyəti ilə bağlı ölkə mediasında bir sıra məlumatlar verilib. Araşdırma göstərir ki, son illər ölkə mediasında bir sıra qəzet və saytlar Fövqəl nazirin nəzarətinə keçmiş və onun gizli sifarişlərini həyata keçirməkdədirlər. Bunlara nəzarəti və Kəmaləddin Heydərovun gizli tapşırıqlarını həyata keçirən Aynur Camalqızıdır. Aynur Camal qızının keçmişinə nəzər salmazdan öncə onun nəzarət etdiyi saytlara diqqət edək:

“Axar.az” – Aynur Camalqızının rəhbərliyi altında fəaliyyət göstərir. K.Heydərovun xüsusi sifarişlərini həyata keçirir. Mediada izlənilən saytlar sırasındadır Fövqəl nazirin təbliğatı ilə məşğul olur.

“Teleqraf.com” – Aynur Camalqızının rəhbərliyi altında fəaliyyət göstərir. “axar.az” kimi Fövqəl nazirə xidmət edir və K.Heydərovun maliyyəsi ilə ictimaiəti məlumatlandırır.

Bu kimi saytların və media qurumlarının adlarını çox sadalamaq olar. Bütün bunlara nəzarəti həyata keçirən Aynur Camalqızı təsadüfən K.Heydərovun şərtləri altında işləmir. Kəmaləddin Heydərov ölkə mediasında söz sahibi olmaq üçün ayda 50 min dollar pul xərcləyir. Bu pullar Aynur Camalqızı vasitəsi ilə medianın bir sıra nümayəndələrinə ötürülür.

Dövlətin deyil, Fövqəl nazirin maraqlarını icra edən saytların maddi təminatını ödəyən, məmurun tələbləri məlumdur. Bununla yanaşı A.Camalqızının keçmiş fəaliyyətinə nəzər salsaq məlum olur ki, K.Heydərov Dövlətin və Prezidentin deyil öz şəxsi maraqlarını və qonşu ölkənin sifarişlərini icra etmək üçün ölkə mediasına böyük vəsait xərcləyir. 

Həmçinin "Azərbaycan Reallığı"na daxil olan məlumata görə, nazir Kamaləddin Heydərovun xahişi ilə Həsən Əliyev küçəsində yəni keçmiş (İnqilab küçəsi) “Çin Karqo” şirkətinin prezidenti, iş adamı Şamil Heydərovun tikdirdiyi binaların birində 150 kvadratlıq mənzil hədiyyə olunub. 

Sual oluna bilər Aynur Camalqızı kimdir?

Vaxtı ilə Ümumilli Liderə qarşı cəbhədə yer alan və yazıları ilə iqtidarda təmsil olunanların şərəf və ləyaqətinə toxunan A.Camalqızının Kəmaləddin Heydərov tərəfindən qiymətləndirilərək himayə altına alınmasına və medianın idarə olunmasının ona tapşırılmasına nə ad verək?

Mövzu ilə bağlı geniş araşdırmalar aparıb. Növbəti yazıda Kəmaləddin Heydərovun himayəsində olan və onların vasitəsi ilə nəzarətə keçən saytların tam siyahısını və dövlətə qarşı olan fəaliyyətləri, eləcədə Aynur Camalqızının bu istiqamətdə oynadığı roldan bəhs edəcəyik. Bu şəxslərin vətənə xəyanətinin arxasında dayanan gizli təşkilatların adıda sizə məlum olacaq.

Bizi İzləyin...

AZƏRBAYCANREALLIĞI.COM   
 
Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın