Hürrü Əliyev: Daşdan səs çıxır amma sinəsinə döyən millətçilərimizdən səs yoxdur

Siyasət / Manşet
 5-08-2022, 09:00     1 153


Bunlar özləri şərait yaradıb bizə əsas verərək açıqca deyirlər ki, ey Azərbaycan Türkləri qalxın azad olun və özgürlüyünüzü qazanın. "Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri "Bəyaz" hərəkatının sədri Hürrü Əliyev özünün facebook hesabında paylaşmı zamanı qeyd edib:

"Hərəmiz bir tərəfdə dayanıb 

Turan, Güney Azərbaycan, Bütöv Azərbaycan deməklə iş həll olunmur,  toparlanıb,  birləşib  hərəkatlanıb  bu şuarları meydanlarda səsləndirməliyik.

Güney Azərbaycanın özgürlüyü, Azərbaycanın bütövlüyü uğrunda hərəkətlənməliyik
.
Düz üç ildir bu çağırışdayıq daşdan səs çıxır amma sinəsinə döyən millətçilərimizdən səs yoxdur.

Türkiyənin bayrağını dünyanın mərkəzində belə aşağılasaydılar indi bütün Türkiyə ayaqdaydı.

Cəsarətsiz olmaq şərəfimizi itirmək deməkdir.

Bayraq bizim namusumuz və şərəfimizdir.

Bütün Milli yol insanlarımızı birgə mübarizəyə çağırırıq."

Biz dəfələrlə demisik bunların bu və ya digər təxribatçı addımlarının bir tək səbəbi ölkədə sağlam bir Vahid Milli gücün olmamasındadır. İllərdir deyirik və çağırış edirik ki, Milli bir güc mərkəzi yaradaq.

Milli idealojiyada boşluq olduqda əlbətdə ki, o boşluğu dini idealojiya dolduracaq. Bu tarix boyu belə olub. Hamılıqla bir ittifaqda birləşib milli mücadilə hərkatı başlatmalıyıq.

AZƏRBAYCANREALLIĞI.COM