Rusiya Paşinyanın siyasi rəqqaslığına dözməyəcək

22, 07, 18
18:46

Rusiya Paşinyanın siyasi rəqqaslığına dözməyəcək

Paşinyanın mətbuat konfransındakı sözləri dolayısı etirafdır ki, Rusiya olmasa, Azərbaycan çoxdan torpaqlarını azad etmişdi.
Bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransında dediyi ifadələrə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Paşinyan ikitərəfli oynayır:
“Həm Rusiyaya deyir ki, səninləyəm, məni qoru, həm də Qərbdən yardım istəyir. Əsl erməni xislətidir - hiyləgərlik, yalançılıq, xainlik nümunəsi. Amma Rusiya da, Qərb də bunu yaxşı anlayırlar. Təbii ki, Qərb Ermənistana yüksək məbləğdə yardımlar etməyə çəkinir. Çünki Rusiyanın nəzarətində və müharibə şəraitində olan ölkəyə Qərb investisiya qoymağa risk etməz. Eyni zamanda Rusiya da Paşinyanın ikitərəfli oyununu qəbul etmir. Hələlik Paşinyan Qərblə Rusiya arasında rəqs etməyə cəhd edir. Amma nə vaxta qədər?! Siyasət rəqqasları sevmir”.
Politoloq Paşinyanın Azərbaycanın güzəştə getməli olduğu ilə bağlı iddiasına da toxunub:
“Paşinyanın bu iddiasının əlindən alınması üçün Azərbaycan Ordusu müəyyən əraziləri azad etməlidir. Bu halda artıq əraziləri işğalda saxlayan tərəfin "üstünlük" iddiası darmadağın olacaq. Paşinyanın məlum güzəşt məsələsində istəyi köhnə düşüncədir: 5+2 rayonun azadlığına görə Dağlıq Qarabağın müqəddaratı. Bu isə qəbul edilə bilməz. Dağlıq Qarabağ ətrafında işğalda saxlanılan və Ermənistanın özünün də iddia etmədiyi 7 rayon Dağlıq Qarabağ müzakirəsində alver predmetinə çevrilə bilməz. 7 rayon heç bir şərt olmadan azad edilməlidir. Dağlıq Qarabağa isə Azərbaycan ərazi bütövlüyü çərçivəsində status və qarantiya məsələsini torpaqlar işğaldan azad edildikdən sonra müzakirə etməyə hazırdır. Başqa heç bir güzəşt ola bilməz”.

Bizimlə əlaqə saxlayın