Hikmət Hacıyev Vaşinqtonda ABŞ prezidentinin müşavirilə görüşdü - FOTOLAR

07, 06, 22
21:00

Hikmət Hacıyev Vaşinqtonda ABŞ prezidentinin müşavirilə görüşdü - FOTOLAR


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu barədə Hikmət Hacıyev özü tviter hesabında yazıb.

“Bu gün Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, - Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.
 


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın