Partiya sədri: Cavid Qurbanovun yerinə gələcək adam “Azərbaycan Dəmir Yolları”nı daha yaxşı inkişaf etdirəcək”

26, 05, 22
15:00

Partiya sədri: Cavid Qurbanovun yerinə gələcək adam “Azərbaycan Dəmir Yolları”nı daha yaxşı inkişaf etdirəcək”


Cavid Qurbanovun vəzifəsi simvolikdir: "Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı deyib. 

O, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilməsinin hakimiyyətdaxili kadr dəyişikliklərinin tərkib hissəsi olduğunu bildirib:

“Azərbaycanın siyasi praktikasında kifayət qədər belə nümunələr görmüşük ki, iri postlardan götürülüb nazir müavini, Baş nazirin müavini təyin olunanlar var. Təbii ki, o postlar simvolik xarakter daşıyır.

Məsələn, Rövnəq Abdullayev son nümunələrdəndir. Bu, hakimiyyətdaxili kadr dəyişikliklərinin tərkib hissəsidir. Hakimiyyət öz daxilində köhnə kadrları yeni kadrlarla əvəzləyir. Böyük ehtimalla C. Qurbanovun yerinə 35-40 yaşlarında yeni bir sima təyin olunacaq.

C. Qurbanov da yavaş-yavaş siyasi səhnədən gedəcək. Sadəcə birdən-birə bu insanları vəzifədən uzaqlaşdıraraq evə göndərmirlər, çünki onların hakimiyyət qarşısında xidmətləri olub. Ona görə də hörmət əlaməti olaraq simvolik, yəni adı olub, özü olmayan vəzifələrə keçirirlər. C. Qurbanovun da taleyi bu qisimdən oldu. Güman edirik ki, onun yerinə gələcək adam “Azərbaycan Dəmir Yolları”nı daha yaxşı inkişaf etdirəcək”.

AZƏRBAYCANREALLIĞI.COM   






Bizimlə əlaqə saxlayın