Əsli Kazımova: “Tanımadığı təqdirdə, rəsmi Bakı gərəkli addımlar atacaq…”

01, 05, 22
08:00

Əsli Kazımova: “Tanımadığı təqdirdə, rəsmi Bakı gərəkli addımlar atacaq…”


“Bu gün rəsmi Bakı və İrəvan arasında torpaqların delimitasiyası ve demarkasiyası ilə bağlı fikir ayrılıqları var”. "Azərbaycan Reallığı" xəbər verir ki, Bu sözləri Voicepress.az-a Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən  beynəlxalq konfransındakı  fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, keçirilən konfransda  verilən suallara Cənab Prezidentin verdiyi cavablar faktlara əsaslanan cavablar idi və olduqca önəmli məsələləri əhatə edirdi:

“Bu gün Azərbaycanın Ermənistan tərəfinə təqdim etdiyi beş təklif və bu təkliflər arasında önəmli bəndlərdən birinin torpaqların demorkasiya və delimitasiyası məsələsidir ki, bu əslində Cənab Prezidentin də vurğuladığı kimi birmənalı olaraq, Qazaxın 7 kəndi kimi məsələləri də əhatə edir.  Yəni  Sərhədlərin delimitasiyasının SSRİ-dən qalan xəritələr əsasında aparılması ümumilikdə Ermənistanın maraqlarına uyğun deyil. Buna görə də, rəsmi Bakı və İrəvan arasında torpaqların delimitasiyası ve demarkasiyası ilə bağlı fikir ayrılıqları var.

Yəni Cənab Prezident də vurğuladığı kimi, Azərbaycan heç bir halda  başqa dövlətin torpaqlarına iddia etmir və heç bir dövlətin torpaqlarında gözü yoxdur. Ermənistan birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Tanımadığı təqdirdə, rəsmi Bakı gərəkli addımlar atacaq.

Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Bu öz yerində. Bundan əlavə rəsmi bu gün Bakı Zəngəzur, Göyçə, hətta İrəvanla bağlı tarixi faktları ortaya qoymağa malikdir. Həmin ərazilər biz çox gözəl bilirik ki, XX əsrin əvvəllərində Ermənistana verilən ərazilərdir.

Ona görə də, bir daha da qeyd etmək istəyirəm ki, bu gün sərhədlər  1918 ci ildən başlayaraq, 1991-ci ildə Sovet İttifaqı dağılanadək bütün xəritələrin əsasında müəyyən ediləcək.

Azərbaycan öz torpaqlarını qanıyla, canıyla işğaldan qurtardı. Bu gün həmin torpaqların delimitasiyası və demorkasiyasını gərçəkləşdirməklə, əslində Azərbaycan və Ermənistan arasında normallaşmanın əldə olunmasına nail olunacaq. Bu da regionda davamlı sülh və əminamanlıq deməkdir. Ona görə də, hesab edirəm bu məsələyə beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti ikilistandartlar xaricində münasibət bildirməlidirlər.

Axı BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının bizim ərazimizdən qeyd-şərtsiz, tamamilə və dərhal çıxarılmasına dair  27 il ərzində icra olunmayan dörd qətnamə qəbul etmişdi. Heç bir beynəlxalq təşkilat bu qətnamələrin illərdir həyata keçirilməsi ilə bağlı heç bir addım atmadı. BMT-nin qətnamələrini sözün əsil mənasında  iqnor edən işğalçı Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədi.

Azərbaycan da həmin qətnamələri öz gücü ilə icra etdirdi. Bu gündə dünya ictimaiyyəti, xüsusilə BMT Təhlükəsizlik Şurası regionda  sülhün və əminamanlığın daimi olması yönündə real addım atmalıdır. Əks halda Azərbaycan bu dəfə də, öz gücü hesabına buna nail olacaq!

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın