Tofiq Yaqublu Əli Kərimli ilə bağlı son səs yazısındakı ittihamlarda tamamilə haqlıdır - Hürrü Əliyev

29, 04, 22
09:00

Tofiq Yaqublu Əli Kərimli ilə bağlı son səs yazısındakı ittihamlarda tamamilə haqlıdır - Hürrü Əliyev


Ümumiyyətlə Milli Azadlıq Hərəkatından indiyədək keçən zaman dilimində Əbülfəz Elçibəylə çiyin-çiyinə olub lakin müəyyən dövrlərdə ona asi və dönük çıxan insanlar çox olub. Bu sözləri "Azərbaycan Reallığı"na Bəyaz Hərəkatın başqanı Hürrü Əliyev deyib.

Həmin insanların bir çoxu istər Xalq Hərəkatı dönəmində istər ondan sonrakı dövrlərdə rus və fars kəşfiyyatı tərəfindən həm hərəkata, həm AXC-yə o cümlədən də AXCP-yə yerləşdirilmiş "siyasətçi və milli mücadiləçi obrazlar çox olub"

AXCP-yə və Əli Kərimliyə gəldikdə isə, AXCP-də daxili parçalanma və bölüçülük missiyasını Əli 1995-ci ildən başlatmışdır. AXCP daxili aparılan missiya ilə yanaşı, eyni dövrdə Musavat Partiyası və onun rəhbərliyinə qarşı da antitəbliğat siyasəti yürüdülürdü.
Qardaşı oğlundan şok iddia: "Elçibəyin idealları davam etdirilmədi"-VİDEO
Hürrü Əliyev 

Həmin təbliğat o dönəmin mətbuat orqanlarında da ardıcıl şəkildə aparılırdı. Bütün bu proseslərin başında duran şəxs məhz Əli Kərimli idi. Bunu həm musavatçılar, həm cəbhəçilər həm də cəmiyyət çox gözəl bilir.

Nəhayət Əbülfəz Elçibəyin səhhətində yaranan  problemlər və xəstəliyinin ağırlaşması fürsət bilinərək AXCP-nin uçuruma aparılma prosesi başladıldı.

Əbülfəz Elçibəy dünyasını dəyişdikdən sonra ciddi nüfuza və gücə sahib olan bir siyasi təşkilatın acımasızca parçalanması rəsmiləşdirildi. Əli Kərimlinin Musavat Partiyasi və onun rəhbərliyinə qarşı zamanında apardığı antitəbliğat kampaniyası ilə bağlı mətbuatda kifayət qədər faktlar var.

Cəmiyyətə özlərini Əbülfəz Elçibəyin siyasi-ideoloji yolunun davamçıları kimi sırımağa çalışsalarda bu gün tarix və proseslər onu isbat etdi ki, son 20 il ərzində özünü Əbülfəz Elçibəyin siyasi varisləri hesab edən şəxslərin çoxu əslində Elçibəy yoluna, onun şanlı davasına xəyanət edən tərəflərdir. Məhz AXCP-də milli mücadələyə 2000-ci ildən etibarən son qoyuldu. Bu tarixdən sonra yalnız şəxsi mənafe və siyasi dividend xatirinə olan fəaliyyətlər üstün tutuldu.
Tofiq Yaqublu — Vikipediya
Tofiq Yaqublu

Milləti əsas məqsəd və amallarından yayındırmaq üçün uğursuz siyasətlər ortaya atıldı və bu gündə nəticə etibarı ilə isbat olundu ki bütün Türk dünyasının lideri Əbülfəz Elçibəyin cızıb qoyduğu milli-ideoloji mübarizə və yol xəritəsi bu millətin ən doğru qurtuluş yoludur.

Bu gün Ə. Kərimlinin siyasi səhnədə uğursuzluğunun ən başlıca səbəbi vaxtı ikən Əbülfəz Elçibəy və onun milli mücadələyə söykənən siyasi-ideoloji xəttinə xəyanəti səbəb olub.

Hürrü Əliyev: "Vahid Millət" Dövlətçiliyə Dəstək İctimai birliyinin sədri

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın