"Gənc baxış" Lahiyə qonaği ictmai fəal Dağlar Mustafayevlə söhbət: İnsan üçün ilk öncə özü və ailəsidir.

Siyasət
 9-06-2018, 22:39     1 955

Bu gündən etibarən, Azərbaycanreallığı.com olaraq,  gənc siyasətçilərin,  ictimai və siyasi fəalların baxışlarını,  düşüncələrini ictimaiyyətə çatdırmaq üçün "Gənc baxış" adlı lahiyəyə  başladıq. Müsahibimiz siyasi fəal Dağlar Mustafayevdir.

Dağlar bəy, xoş gördük! Xoş gördük.

Xoş gördük.

Əvvəllər çox aktiv idiz, son zaman müəyyən qədər passivləşdiyiniz müşahidə olunur. Səbəb nədir, siyasi durğunluq yoxsa, başqa işlərlə məşğulsuz ?

Bunun bir çox səbəbləri var! Buna həm siyasi həm ictimai durğunluğu həm də öz işlərimin çoxluğu ilə əlaqələndirmək olar. Ama yenə də bir müəllim kimi bu işlərdən tam kənarda deyiləm.Sosial şəbəkələrdə fəallığımın azalmasının səbəblərindən biri də görürəm hamı yazır, çoxları da məndən çox yaxşı yazır. Ama yazılanlar elə yazı olaraq da qalır. Bunun ictimai həyata yansıması çox az hallarda müşahidə olunur. Əlbətdə ki,bütün bunlar mənim bir insan kimi ruh halıma öz təsirini göstərir

Siz tənqidlərlə bərabər, analitik yazılarla və təkliflərlə də çıxış edirsiz. Bunun yəni , təkliflərin cəmiyyətə yansımasını üçün nə təklif edirsiz?

Mənim şəxsi fikirimə görə ilk öncə milli mentalitetdə müəyyən qədər dəyişikliklər olmalıdır,ki cəmiyyəydə ictimayətçilik formalaşsın. Bizim insan üçün şəxsi məsələlər həmişə ictimai məsələləri qabaqlayıb.Əlbətdə ki,insan üçün ilk öncə özü və ailəsidir. İnsanlar anlasalar ki, elə ictimai məsələlərin həlli dolayı və biləvasitə onların şəxsi və ailə problemlərini həll edəcək,cəmiyyəydə çox şey dəyişər. Digər bir məsələ təklif verənlərin özlərinin bu məsələ də yetərincə səmimi olması,daimi ictimayyətlə əlaqədə olub onların ruh halını bilməsi də vacibdir.Eyni zamanda son zamanlar gündəmin və təkliflərin tez- tez dəyişməsi də bu kimi məsələlərə əngəl törədir.Bu da cəmiyyətdə adiləşmə yaradır.

Qeyd elədiz ki, mentalitetdə müəyyən qədər dəyişikliklər eləmək lazımdır ki, ictimaiyyətçilik yaransın. Milli mental dəyərlərimiz, xalq kimi formalaşmağımızla yaşıldır. Bunu dəyişmək olduqca çətin prosesdir. Nə təklif edirsiz?

İlk öncə ictimai maariflənmə olmalıdır,gənclər çoxlu kitab oxumalıdır. Xüsusilə onların dünyanın ictimi,siyasi fəal şəxsiyyətlərin Rəsulzadə, Qandi, Franklin, Atatürk və başqz bunlar kimi insanların həyatlatı haqqında öyrənməsi çox vacibdir.Cəmiyyətimizdə savadlılıq yetərincədir çatışmayan maarifçiliyimiz və ictimayyətçiliyimizdir.Digər bir təklifim isə bir çox sahələrdə işə qəbul edərkən xüsusilə də müəllimlərin işə qəbulu zamanı onun sosial aqtivliyi və ictimailiyi də nəzərə alınsa yaxşı olar.Çünki dediyim kimi,bu işin açarı nümunəvi maarifçilikdir.

Rəsulzadədən danışdız. Bu il həm də Rəsulzadənin rəhbərliyi ilə yaradılmış AXC yüz illiyidir. Dövlət başçısı Cumhuriyyətinin yüz illiyini dövlət səviyyəsində qeyd eləmək haqqında sərəncam versə də, olduqca sönük keçdi. Sizcə bu sönüklüyün səbəbi nə idi?

Bu məsələni bir çox sosial,siyasi və psixaloji faktorlarla bağlamaq olar.İlk öncə onu qeyd edim ki,Rəsulzadəyə və Cümhuriyyətə hakimiyyət səviyyəsində bu ikili yanaşma idarəçilikdə olanların çoxunun eyni dəyərlərə sahib olmaması ilə bağlıdır.Müxalifət düşərgəsində və cəmiyyətin müəyyən hissəsində Rəsulzadə şəxsiyyətinin Heydər Əliyev Şəxsiyyətinə alternativ kimi təqdim olunması da bu məsələyə öz təsirini göstərir.Məsələnin psixaloji tərəfinə diqqət verəndə bəzən elə təəssürat yaradılır ki,sanki 100 il əvvəlki Cümhuriyyətlə indiki onun davamı olan Azərbaycan Respublikası ayrı-ayrı dövlətlərdi.Elə bil Cümhuriyyətin və cümhuriyyətçilərin davamı indiki müxalif düşərgə.Sovetlərin davamı isə indiki Azərbaycan Respublikası və onu idarə edənlərdi.Bütün bunlar isə dövlətçiliyimiz üçün təhlükəlidir.Cümhuriyyəti ciddi cəhdlə təbliğ edənlər də,onun əksinə gedənlərdə yetərincə səmimi görünmürlər.Məsələlərə bu cür baxanda çox mətləblər anlaşılır.

Bu iki qütblüyün yaranmasının səbəbi nədir? Çıxış yolu nədə görürsüz?

Belə bir ab havanın yaranmasında bir bir-bağlı səbəb və nəticə əlaqələri var.Bunlara az-çox,az əvvəl toxundum.Çıxış yoluna gəldik də isə ilk öncə ölkə də siyasi mühit dəyişilməlidir.Siyasi mühitin dəyişilməsinin yolu isə sivil ölkələrdə olduğu kimi hakimiyyətin əl dəyişdirməsindən keçir ki,bu da göründüyü qədər asan deyil.İqtidar sivil yolla hakimiyyətdən getmək istəmir,müxalifət də radikal addımlardan çəkinirək sivil yolla hakimiyyətə gəlmək istəyir.Orta yol hələ ki,görünmür.Bu lap Qarabağ probleminə bənzəyir.Problemi sülh yolu ilə həll etməyə çalışırıq qarşı tərəf də güzəştdə getmir,bizsə güc tədbiqindən hələ ki,çəkinirik.Əl qərəs istənilən nəticə üçün ya həddindən artıq ağıllı olmalısan ya da qətiyyətli.Bunlar da ki,hələlik müşahidə olunmur!

Siyasi qüvvələrə komremes variant kimi, nə təklif edərdiz?

Sizcə kompramis mümkündür? Kompramisə gedən qüvvələrin aqibəti bəllidir! Kompramis o,halda mümkündür ki,siyasi qüvvələr nisbəti bərabər olsun

Dağlar bəy, bizim lahiyəmiz "Gənc baxış" adlanır. Ölkənin ictimai -siyasi proseslərinə biganə qalmayan, ,bir gənc olaraq nə demək istəyirsiz?

İnsanımıza məsləhətim odur ki, sosial və siyasi kimliyindən asılı ilmayaraq hər kəs ölkənin ictimai və siyasi məsələrinə biganə qalmasın.Xüsusilə gəncliyin üzərinə böyük iş düşür.Gəncliyi siyasətlə maraqlanmayan toplumun sonu uçurumdur.Bəzən insanımız siyasətlə maraqlanmağı aiyasətlə məşğul olmaqla qarışdırırlar. Ən əsası vətənpərvərliyimizi mənəvi müstəvidən intelektual,siyasi və iqtisadi müstəviyə kemirməyi bacarmalıyıq

Dağlar bəy, təklifimizi qəbul edib, bizimlə həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.

Buyurun mən təşəkkür edirəm.Söhbət xoş idi


Rüfət Əliyev