“Putinin sözünə baxmasaq, Mehdiyev Milli Şuraya mitinq sifarişi verəcək”

14, 02, 22
13:30

“Putinin sözünə baxmasaq, Mehdiyev Milli Şuraya mitinq sifarişi verəcək”


ReAL Partiyasının sədri İlqar Məmmədov gündəmdə müzakirə olunan məsələlərlə bağlı maraqlı paylaşım edib.

İ.Məmmədov son facebook statusunda AMEA-nın rəhbəri Ramiz Mehdiyevdən tutmuş, Rusiya-Ukrayna gərginliyinə qədər bir çox mövzulara toxunub. "Ukraynada müharibənin başlanması təhlükəsi günləri saydığı anda iki gün öncə Putin öz ölkəsinin Təhlükəsizlik Şurasını toplayıb "MDB ölkələrində imkanların genişləndirilməsi" üçün təcili müşavirə keçirirsə və bunun fonunda Ramiz Mehdiyev gündəmə çevrilirsə, izahı aydındır: Putin Bakıya "Biz Ukrayna ilə vuruşası olsaq, baxın ha, "Türkiyə ilə qardaşlıq" adı altında NATO'ya yardım etdiyinizi görməyim" deyir".

İ.Məmmədiv ehtimal edib ki, Putinin dedikləri icra olunmasa aşağıdakılar olacaq: "Putinin sözünə baxmasaq, nə olacaq? Mehdiyev Milli Şuraya mitinq sifarişi verəcək. Bəs küçəyə kim çıxacaq? Elə Qazaxstanda ötən ay çıxanlar - siyasətə heç bir aidiyyatı olmayan dəstələr. 2013-cü ildə Milli Şuranın Putinə məktub göndərərək öz namizədinin Rusiya vətəndaşlığından çıxarılması xahişini etməsini unutmadıq? Bir daha, düşünün bu haqda: "Vladimir bəy, prezidentliyə namizədimiz var, nolar qoy seçkiyə qatılsın da"."

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın