Saməddin Məmmədov azadlığa çıxdı

10, 02, 22
19:00

Saməddin Məmmədov azadlığa çıxdı


Bloqer Saməddin Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.

Bildirilib ki, bu gün Cəlilabad rayon məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə Saməddin Məmmədov, onun oğlu Nahid Məmmədov və bacısı oğlu Elsevər Məmmədov barəsində hökm oxunub.

Saməddin Məmmədov 2 il 8 ay, Nahid Məmmədov 2 il, Elsevər Məmmədov isə 1 il 6 ay şərti olaraq azadlıqdan mərhum edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 27-də S.Məmmədov, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədovla birlikdə Cəlilabad rayonunun Məşədivəlli kənd sakini Elşən Cəfərovun onlar barəsində sosial şəbəkələrdə paylaşım etməsinə görə Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında keçirilən kütləvi tədbir vaxtı onunla mübahisə edib. Bu zaman onu döyərək xuliqanlıq etməkdə təqsirləndirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb və S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın