YAP-da nə baş verir? - Vəzifəsindən azad olunan deputat danışdı

29, 01, 22
15:00

YAP-da nə baş verir? - Vəzifəsindən azad olunan deputat danışdı


“Ümumilikdə, Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatının sədri vəzifəsində işləmək çox böyük, şərəfli və eyni zamanda, məsuliyyətli bir vəzifədir”.

Milli Məclisin deputatı, YAP-ın Ağdaş rayon Partiya Təşkilatının sabiq sədri Cavid Osmanov deyib:

“2007-ci ilin martın 10-dan mən YAP-ın Ağdaş rayon partiya təşkilatının sədri vəzifəsində çalışırdım. Buna görə də, partiyamızın rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti və partiya sədrimizin birinci müavini Mehriban Əliyeva dərin təşəkkürlərimi bildirərəm ki, bu illər ərzində mənə böyük etimad göstərilibdir. Eyni zamanda, onu da qeyd edim ki, ötən il mart ayının 5-də keçirilən YAP-ın VII Qurultayında İdarə Heyətinin üzvü seçilmişəm. Ona görə də, həyatımız ümumilikdə, YAP-la bağlıdır və bundan sonra da partiyanın fəaliyyətində yaxından iştirak edəcəyəm. Bu baxımdan da, qarşımızda daha məsuliyyətli və daha şərəfli vəzifə var. İşimizi partiyamızda daha fəal və daha yaxından davam etdirəcəyik”.

“Əlbəttə, gənc YAP-çılara da kömək edəcəm. Çünki YAP-ın İdarə Heyətinin 40 nəfər üzvündən biriyəm və partiya tərəfindən namizədliyim irəli sürülübdür. İdarə Heyətinin üzvü olmaq çox məsuliyyətli bir vəzifədir. Bu baxımdan, əlbəttə, əlimizdən gələn nə varsa, YAP-ın, xüsusən də gənclərin YAP-ın apardığı idealoji sahədən aşılanması üçün əlimizdən gələni hər zaman etməyə borcluyuq. Bu, partiyamızın qarşımızda qoyduğu bir məsuliyyətdir ki, bunun da öhdəsindən gəlməyə çalışacağıq. Gücümüz nəyə çatırsa, YAP-ın yolunda bunu heç vaxt əsirgəməyəcəyik”, - deyə müsahibimiz yekunlaşdırıb.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın