Təşkilat sədrindən Əli Əliyevə sərt sözlər…

Siyasət / Manşet
 13-01-2022, 09:47     764



Əli Əliyev partiyada yerlibazlıq siyasəti yürüdür

Vətəndaş və İnkişaf Partiyasının Qəbələ rayon təşkilatının sədri Müşfiq Həmidov partiya sıralarından istefa verməsi ilə bağlı bəyanat yayıb. Onun sözlərinə görə, partiya sıralarındna ayrılmasına səbəb, fikirlərinin ifadəsində ona azadlığın göstərilməməsi ilə yanaşı, partiya sədri Əli Əliyevin yerlibazlıq siyasətidir.

Eks VİP-çi partiya sıralarından ayrılmasına səbəb olan hadisələrdən danışıb: 

“Mən Vətəndaş və İnkişaf Partiyasına (VİP) inanıb gəldim ki, orada demokratiya olar. Əli Əliyevin çıxışlarına qulaq asırdım, baxırdım. Sonra gəldim və onu yaxından tanımaq istədim.

Məsələn, mən adicə bir fikir bildirirdim və istəyirdim ki, fikrimi çatdırsın efirdən, amma bizim fikirlərimiz elə bizdə qalırdı. Onun konkret öz sözləri var idi və çıxış edərkən onları deyirdi. Öz aramızda, toplantılarda danışırdıq və o elə şeylər tələb edir ki... 

Mən başa sala bilmirdim ki, axı bu təşkilat təzə yaranıb. İndi çıxıb meqafonla qışqırası deyiləm ki, ay millət, partiyaya gəlin!

Mənafe üzərində qurulan bir sistemdir bu. Demokratiya lazımdır, amma təəssüf ki, burada yoxdur. Yayımladığım bəyanatda hər şeyi demişəm. Əgər bir adamın fikri hökm sürürsə, elə oğru Stalinin də o vaxtı fikri hökm sürürdü də. Bax, budur məsələ.

Mən bir daha qeyd edirəm, əgər mən gəlib orada fikrimi bildirə bilmirəmsə, camaat Qəbələdə mənə necə inansın? Burada birinci inam məsələsidir ki, insanlar bir fikrin arxasınca getməlidir.

2020-nin aprel ayında mən Əli müəllimlə “Facebook”da yazışdım, sonra onun müavini Əliyar müəllim var idi. Onun nömrəsini verdi, tanış olduq və mən həqiqətən ürəklə istəyirdim ki, VİP-də iştirak edib, fikrimi çatdırım, amma gördüm yox, elə deyil. Onlar nə fikirdədir, mən hələ də anlaya bilmirəm.

Keçən ilin aprel ayından sonra mənim onlarla heç bir əlaqəm olmayıb. Sadəcə olaraq indi rəsmi bildirdim ki, sabah, o biri gün mənim adımdan istifadə edərlər və s. Ona görə də, bildirdim ki, mən orada yoxam.

Mənim çıxmağım haqqında hər hansı bir açıqlama verilməyib. Zəng eləsələr də, mənim onlara deyiləsi cavabım var. Onu da qeyd edim ki, heç bir təzyiq də yoxdur, sadəcə olaraq mən özümü orada görmürəm. Eləcə də, hazırda heç bir siyasi fəaliyyət göstəmirəm, indi baxarıq işin gedişinə, görək, gələcək də nə olacaq”, - deyə o bildirib.

AZƏRBAYCANREALLIĞI.COM