Elman Nəsirov unun bahalaşmasını təqdir edib? - “Allah belələrinin cəzasın versin...”

05, 01, 22
19:30

Elman Nəsirov unun bahalaşmasını təqdir edib? - “Allah belələrinin cəzasın versin...”


“Son günlər sosial şəbəkənin qaragüruhçu seqmenti tərəfindən guya ki, unun qiymətinin qalxmasını təqdir etməyimlə bağlı böhtan xarakterli məlumat yayılıb. Belə iftiralara inanmayın. Belə böhtanlar anti Azərbaycan dairələr tərəfindən təşkil olunur və antimilli ünsürlər tərəfindən dəstəklənir”.

"Azərbaycan Reallığı" anxəbər verir ki , bunu Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Deputatın sözlərinə görə, yayılan yalan məlumat heç bir mənbəyə söykənmir: “Ortada heç bir audio və video təsdıqləyici fakt yoxdur. Heç bir sayta da müsahibə verməməm. Əks halda həmin saytın linkinə istinad edərdilər. Belə qaragüruhu qınayın, qoy onlar yalquzaq həyatı yaşasınlar. Allah belələrinin cəzasın versin. Mən bu halda məhkəməyə müraciət edib, şər-böhtan faktı üzrə onların həbsinə nail olsam, belə məxluqlardan süni "siyası məhbus" obrazı yaradacaqlar. Ayıq olun, əziz dostlar”

AZƏRBAYCANREALIĞI.COM

Bizimlə əlaqə saxlayın