Sərdar Cəlaloğluya sərt sözlər: Həcər xanımın ərə getdiyi 7 kişidən ikisinin yengəsi sən olmusan"

15, 12, 21
13:30

Sərdar Cəlaloğluya sərt sözlər: Həcər xanımın ərə getdiyi 7 kişidən ikisinin yengəsi sən olmusan"


ADP sədri Sərdar Cəlaloğlunun Qaçaq Nəbinin həyat yoldaşı Həcər barədə söylədiyi fikirlər heç də birmənalı qarşılanmayıb. Bu barədə sosial şəbəkələrdə partiya sədrinə qarşı kifayət qədər tənqidi fikirlər səsləndirilib.

Növbəti məktubda olduğu kimi.


"Azərbaycan Reallığı" Asif Talıboğlunun ADP sədri Sərdar Cəlaloğluya ikinci açıq məktubunu təqdim edir:

"Gündəmdən düşməmək üçün özünü oda-közə vurmaqla, ağzına və ağlına gələni danışan Sərdar bəy, ümid edirəm ki, bu ŞANLI MƏKTUBU oxuyandan sonra mənimlə üzbəüz oturmaq ücün bütün imkanlarından istifadə edəcəksən. Çünki bu məktubda sənə deyəcəklərim bir batman bal ilə həzm olunası deyil və Babəkin qılıncına, Qaçaq Nəbinin "Aynalı"sından çıxan qızıl gülləyə dönüb, sənin qəlbini paranparça edəcək. Hörmətli Sərdar bəy, Qubadlıdan qaçqın düşən və Sumqayıt şəhərində1994-cü ildə 100 yaşında rəhmətə gedən ana nənəm danışırdı ki, Nəbini gecə yatdığı yerdə öldürən Şahhüseyn Naxçıvanın Babək rayonunun Cəhri kəndindən olub. Hökümət onun arvadını, arvadı da ərini yoldan çıxarıb... Deyirəm bəlkə bu ədavət sənin də yaddaşında yara bağladığına görə Xalq qəhrəmanları Qaçaq Nəbi ilə onun silahdaşı və ömür-gün yoldaşı Həcər xanım haqqında bu qədər hədyan, həqarət danışırsan.

Asif Talıboğlu
 
Heç bir mənəvi əzab çəkmədən, xəcalət hissi keçirmədən deyirsən ki, Nəbinin qırxı çıxmamış, Həcər 7 kişiyə ərə gedib. Bu bir Xalqın qəhramanlıq tarixinə alçaqçasına həqarət deyilmi..? Maraqlıdır ki, heç bir tarixi mənbədə Həcər xanımın Nəbidən sonra 7 dəfə ərə getməsi barədə məlumat yoxdur. Sən isə bu sarsaq "fikrini" bir az da qüvvətləndirmək üçün xüsusi vurğulayırsan ki, bu 7 kişinin 2-si erməni olub. Sərdar bəy, sənin belə nadürüsr fikirlərin və insan mənəviyyatına xas olmayan sərsəmləmələrin məni məcbur edir ki, daha bir xatırlatma edim. Köhnə kişilər deyirdilər ki, Aqşin Babəki həbs etməzdən öncə Babəkin yerini ona xəbər verən Səhl Sumbata min dirhəm qızıl verib. Səhl Sumbat da bu qızılları Naxçıvavın Babək rayonunun Cəhri kəndində Sərdar Cəlaloğlunun ulu babasının kalafalıqlarında basdırıb... Deyirəm bəlkə həmin qızıllardı səni dingildədən? Yuxarıda dedim, bir də deyirəm, əgər səndə zərrə qədər kişilik, qeyrət varsa, Həcərin Qaçaq Nəbidən sonra 7 kişiyə ərə getməsini sübut edən bircə mənbə göstər. O zaman mən də dediklərimi sübuta yetirmək üçün səninlə üzbəüz oturmağa, bu dediklərimə aydınlıq gətirməyə söz verirəm.

Sərdar Cəlaloğlu

Sərdar bəy, bu yazını yazarkən dəfələrlə etik normalarl aşmaq istədim, amma səndən fərqli olaraq tərbiyəm buna yol vermədi... Bilirsən niyə, ona görə ki, Sosial şəbəkələrdə, internet televiziyalarında heç bir vicdan əzabı çəkmədən Xalqın Qəhraman qızına şər atırsan və bu rəzilliyini utanmadan bir neçə dəfədir ki, təkrarlayırsan. Sərdar bəy, hər bir insanın daxilində vicdan və əxlaq deyilən bir anlayış var. Bilmirəm səndə bunlar var, ya yox, amma, tarixin bütün dönəmlərində əsil KİŞİLƏR o zaman gündəmdə qalırlar ki, onların əxlaqı, ləyaqəti, abır-həyası yerində olur... Dediyin hədyanlardan, cəfəng tikirlərdən belə bir "qənaətə" gəlmək olur ki, Həcər xanımın ərə getdiyi 7 kişidən ikisinin yengəsi sən olmusan...

 Erməniləri nəzərdə tuturam Sərdar əkə, ürəyinə başqa şey gəlməsin...    

TƏKRAR XATIRLADIRAM VƏ BUNU BİRDƏFƏLİK QAFANA SOXMAĞINI XAHİŞ EDİRƏM! 

Həcər xanım Qaçaq Nəbidən sonra sənin kimi şər-böhdan dağarcığı olan bəylərin təqiblərindən yayınmaq məqsəd ilə Qubadlı rayonunun Mollu kəndində Həmzə adlı kasıb bir kişiyə ərə gedib. Bu izdivacdan doğulan qızların nəvə -nəticələri isə hazırda sağdırlar və sənin bu iyrənc, heç bir əxlaq normalarına sığmayan cəfəng sərsəmləmələrini eşidib  bütün sülalənə "rəhmət" oxuyurlar...

P.S. Ayıbdır, Sərdar Cəlaloğlu, ayıbdır...Yox, əgər ayıbına kor olmayıb, bu yalanlarına, böhdanlarına davam edəcəksənsə, daha geniş bir AÇIQ MƏKTUB oxumaq məcburiyyətində qalacaqsan."

Qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq!

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın