Kəramət Böyükçöl Əli Kərimlinin zibillərin açıb tökdü - FAKT

06, 12, 21
10:30

Kəramət Böyükçöl Əli Kərimlinin zibillərin açıb tökdü - FAKT


Azərbaycan elə bir cəmiyyətdir ki, bu ölkədə qabağa getmək mümkün deyil, görəcəklər çevrən və ətrafın var, hər kəs səni özəlləşdirib öz adamı etməyə çalşacaq. İstədikləri məqsədə nail olmayanda isə başlayacaqlar sənə çamur atmağa. Cəmiyyət arasında haqqında eşitmədiyin sözlər və böhtanlar və.s Misal üçün bu işdə AXCP üzvülərini xüsusi vurğulamaq olar. Ailədə evə necə ailə başçısı cavabdehdirsə, partiyada da təbi ki, baş vermiş hər neqativ hala və tərbiyəsizliyə partıya sədri cavabdehdi. Amma bu dəfə söhbət açacağımız şəxs partiya sədri yox, bir neqativ toplumun başında dayanan Əli Kərimlidir. Siyasətə ilk addımladığı gündən nələr etməyib. 

Əli Kərimli 

Mandat alveri, əqidə yoldaşlarını satmaq, trol dəstə yaradıb onu, bunu söymək, nə qədər desən saymağ olar, indi də yazıçı Kəramət Böyükçöl özünün Facebook hesabında Əli Kərimli ilə Əli İnsanovun görüşün təhlil edən statusu yazıb. Nə qədər Əli Kərimlinin başı papaqlı trolu var, düşüb adamın üstünə ki, bəs sən hakimiyyətə işləyirsən, ilin günün bu vaxtında Kəramətin bunu yazmağı düzgün deyildi. Əli Kərimli prezident olacaqdı, Kəramət bunun qarşısını aldı, Kərimli siyasətdə düz 30 ildən artıqdır ki, bu cür vədlər verərək bir sürü savadsız toplumu ətrafında saxlamağı bacara bilir.

STAT: Kəramət Böyükçöl əslində nə yazıb? Oxumayanlar üçün "Azərbaycan Reallığı" xatırlama edir: 

Kəramət Böyükçöl 

Azərbaycanda troll, cib müxalifəti adlandırdığımız siyasi partiyalar var. Biz əsasən onlara lağlağı, məsxərə, məzə ünvanı kimi baxırıq. Biri də var Əli İnsanovun rəhbərlik etdiyi HƏP, yəni Haqq Ədalət Partiyası.

Demək, Əli müəllim uzun müddətli həbsdən sonra yadınızdadırsa odlu-alovlu çıxışlar eləyirdi. Demokratik Qərb belə gəldi, böyük Amerika belə getdi və s.

Bir az keçdi, Əli İnsanov partiya yaratdı. Bir az da keçəndən sonra onun partiyasını qeydiyyata aldılar. Aha, xoruzun quyruğu burada görünməyə başladı. Əli müəllim də partiyasını qeydiyyata alanlara öz təşəkkürünü bildirdi. Daha sonra Heydər Əliyevin heykəlinin qabağında baş əyənlərdən tutmuş zavod, fabrik direktorlarına kimi HƏP-də təmsil olunmağa başladı.

14 illik həbsindən sonra Əli İnsanovun keçmiş nazir kimi fəaliyyəti daha bizim üçün maraqlı deyil. Maraqı olan nədir deyin.Biz Azərbaycan reallığını yaxşı bilirik. Aydındır ki, prezident İlham Əliyevin idarəsindən kənar heç bir siyasi partiya qeydiyyatdan keçə bilməz. Özü də kimin partiyası? Əli İnsanovun. Hakimiyyətin ona aqressiyası, kini heç kimin yadından çıxmayıb. Bəs birdən-birə nə baş verdi ki, hökümət bu qədər nifrət elədiyi adama belə yumşaq münasibət göstərdi? 

Üstəgəl də Əli İnsanovun son dövr çıxışlarına baxıram, ancaq ümumi şeylər danışır, heç bir qırmızı xəttə dəymir. Yəni birbaşa balığın başına söz demək vərdişlərini tərqidib. Heç Allahın London mülklərindən də danışmır. 

Açıq-aydın görünür ki, Əli İnsanovu avtobusa mindirmədən, yani daha hörmətli şəkildə, o qədər də hiss olunmayacaq şərtlərlə fəaliyyətinə icazə veriblər. Əli İnsanov avtobus yox, texnaloji dillə desək, sanki vertolyot müxalifəti funksiyası yerinə yetirir.

Əsas məsələ və əsas sual. Bunu mən görür, hiss eləyirəmsə, demək Əli Kərimli də bilir. Uşaq deyil ki... Belə olan halda bəs Əli bəyi avtobus müxalifətçiləri İlqar Məmmədovdan, Tural Abbaslıdan, Pənah Hüseyndən və digərlərindən fərqi olaraq vertolyot müxalifətçisi Əli müəllimlə nə birləşdirə bilər?

Biz vətəndaşıq, yazarıq, ziyalıyıq, hər nəyiksə bu suallar istər-istəməz bilmədiyimiz nədir deyə adamı düşündürür. 

Xahiş edirəm, ağılabatan rəylər yazasınız. Söyüşsüz və təhqirsiz. 🙁 (Kəramət Böyükçol)

Axı burada nə var adam gecə gündüz hakimiyyətin ən yüksək çinli məmurları haqqında olmazın tənqidin edir halbuki o şəxslər ölkədə böyük nüfuz sahibidirlər əllərində böyük resuslar var. Kəraməti öldütdürməyə cəsarətləri olmasada ən azında sosial şəbəkədə min cür şər böhtan atmaq imkanları olar. Hansısa qələmin satmışa 5-10 manat verib Kərəmətin əlehinə min şər böhtan şəbəkəsi yazdıra bilərlər amma etmirlər çünki onlar Kərimlidən fərqli olaraq hər şəylə dözümlü yanaşırlar indi görün ölkədə pirezdent olmağ üçün dəridən qabıqdan çıxan adını müxalifət Lideri qoyan Əli Kərimli pirezdent olsaydı,Kəramətin tabutunu çoxdan onun Ailəsinə hədiyyə etdirmişdir.

STAT: İndi görün Əli Kərimli gənclər təşklatının sədiri Emil Səlimə nə yazdırıb: 

Emil Səlim

Trollar necə də xoşbəxtdir. Kəramət bəy onlara yaxşı ötürmə edib. 55 minlik səhifəsini də verib onların ixtiyarına ki, bu hakimiyyətdən ən çox zərbə alan müxalifət liderini şərləsinlər. 

Söhbət Əli Kərimli ilə Əli İnsanovun görüşü barədə Kəramət bəyin yazdığı statusdan gedir. Doğrudur, həmin görüşün üstündən günlər keçib, mövzu gündəmdən çoxdan çıxıb. İndinin mövzusu Saleh Rüstəmlinin azadlığı, ona azadlıq tələb edənlərin polis zorakılığına məruz qalmasıdır.Amma hər halda Kəramət bəy o barədə yazıb və trollara fürsət yaradıb. Kəramət bəy özü də görür ki, hansı məqsədlə etməsindən asılı olmayaraq o statusla hökumətin əlində oynayıb. İndi bilmirəm, Kəramət bəy özünə bunu etiraf edir yoxsa yox, ancaq içəndə mütləq etiraf edəcək öz-özünə deyəcək: Kera necə oldu ki, sən faktiki olaraq hökumət trolları ilə eyni səngəri bölüşdün? Nəyin naminə haqlı olduğunu bildiyin adamın şərlənməsinə şərait yaratdın Kera, nəyin?.. (Emil Səlim)

Əsilində AXCP də barmaqla sayılası intelektual savadlı gənclər amma təbiki çox azdır barmaqla saylası qədər elə onlardan biridə Emil Bəydir.Amma Emil savadını intelektualını Kərimlinin mənasız tapşırıqlarındansa özünün sağlam gələcəyi üçün xərcləsə daha yaxsı olardı.

AZƏRBAYCANREALLIĞI.COM



Bizimlə əlaqə saxlayın