Hüquq müdafiəçisi Rauf Sultanov bəraət aldı: GÜLÜMSƏYİN CƏNABLAR GÜLÜMSƏYİN!

27, 11, 21
09:03

Hüquq müdafiəçisi Rauf Sultanov bəraət aldı: GÜLÜMSƏYİN CƏNABLAR GÜLÜMSƏYİN!


Qeyd etdiyim kimi bu gün, yəni 26 noyabr 2021-ci il tarixdə saat 14:10 da Sumqayıt Şəhər Məhkəməsində hakim Rövşən Xəlilovun sədrliyi ilə barəmdə olan inzibati icraat üzrə növbəti məhkəmə prosesi keçiriləcəkdir.

Beləliklə, məhkəmə prosesi mən tərəfdən üzürlü səbəblərə görə azacıq gec başlasada, nəticədə proses baş tutdu.

Bununla bağlı qeyd edim ki, sonuncu proses olduqca gərgin və sübutların təhlili ilə yadda qaldı. Hakimin iş materiallarına uyğun suallarına obyektiv və məntiqli cavablarımı səsləndirdim.

Hüquq müdafiəçisi olaraq, özümü tam müdafiə etmək iqtidarında olsam da, dövlət tərəfindən təyin edilmiş vəkil Günay Cəfərovanında yüksək müdafiə çıxışı oldu.

Təbii ki, təqsirsiz olduğumu və əsassız olaraq barəmdə inzibati icraatın başlanıldığını bilirdim. Lakin, ölkə məhkəmələrində kifayət qədər qanunsuz qərarların qəbul edilməsi praktikamda çox yaşanıb. Doğrusu, hakimin bu cür obyektiv araşdırma aparmasına inanmırdım.

Nə isə, proses bitdi və hakim müşavirə otağına getdi.

Müşavirədən qayıdan hakimin qərarı belə oldu:

" Rauf Yusif oğlu Sultanov barəsində İXM-nin 535.1 ci maddəsi ilə başlanılmış inzibati icraata xitam verilsin " 

Dostlar, bu qərarın mahiyyətini hüquqi şüuru yüksək olan hər kəs yaxşı dərk edir. İddia edirdilər ki, polisi təhqir etmiş və qanuni əmrə tabesizlik göstərmişəm. Bəs nə oldu? Niyə təsdiqini tapmadı?

Barəmdə olan iş üzrə icraata xitam verilsə də, hələ də avtomobilim özümə qaytarılmayıb. Sumqayıt ŞPİ-nin verdiyi məlumata görə, avtomobilin üzərində ödənilməmiş cərimənin olması səbəbindən avtomobilin azad edilməsi mümkünsüzdür.

Hərdən düşünürəm ki, vəzifəli şəxsin qanundan və məntiqdən uzaqda dayanan cavab verməsi nədən qaynaqlanır? Bilərəkdən? Yoxsa savadsızlığın nəticəsidir?

Əvvəla bir daha qeyd edirəm ki, avtomobili idarə edilərkən deyil, bağ evinin həyətindən YPX inspektorunun iştirakı ilə evuakator vasitəsilə cərimə meydançasına aparılmışdır.

Məntiqli və qanunla tam uyğunluq təşkil edən açıqlamam odur ki, avtomobil ödənilməmiş cəriməyə görə yalnız idarə edilərkən saxlanılaraq duracağa yerləşdirilə bilər.

Buna görə də, hazırda həmin avtomobil evuakator vasitəsilə yaşadığım mənzilə gətirilməlidir. Belə açıq və aydın desəm, avtomobilim cəriməsi olduğu üçün idarə etmirəm,həyətimdə saxlayıram və bunun kimə dəxlisi var?

İmkanım olduqda cəriməni ödəyəcək və sonra idarə edəcəyəm avtomobili.

Sonunda bir daha qeyd edirəm ki, hakim Rövşən Xəlilov ədalətli və qanuni qərar qəbul etdi.Amma, avtomobilimin hələ də mənə təhvil verilməməsi Konstitusiyada nəzərdə tutulan mülkiyyət toxunulmazdır prinsipini kobud şəkildə pozur.

Bununla bağlı, bütün beynəlxalq təşkilatlara və səfirliklərə sabah rəsmi məlumat verəcəyik.

PS: ƏGƏR BARƏMDƏ İNZİBATİ İŞİN İCRAATINA XİTAM VERİLMƏSİNƏ DAİR MƏHKƏMƏ QƏRARI QƏBUL EDİLMİŞDİRSƏ, BU ARTIQ MIBİM TƏQSİRSİZ OLDUĞUMU VƏ SAXLANILMAĞIMIN QANUNSUZ OLDUĞUNU EHTİVA EDİR.

SƏBİRLİ OLUN AY MƏMURLAR VƏ MƏNİ GÖRƏNDƏ ANCAQ VƏ ANCAQ 
GÜLÜMSƏYİN CƏNABLAR GÜLÜMSƏYİN!

Rauf Sultanov

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın