Tural Abbaslı: Mən vətəndaşlarımızı daha soyuqqanlı olmağa, aralıqda gəzən şayiələrə reaksiya verməməyə çağırıram.

11, 07, 18
16:45

Tural Abbaslı: Mən vətəndaşlarımızı daha soyuqqanlı olmağa, aralıqda gəzən şayiələrə reaksiya verməməyə çağırıram.

Tural abbaslı: Mən vətəndaşlarımızı daha soyuqqanlı olmağa,  aralıqda gəzən şayiələrə reaksiya verməməyə çağırıram.


“Son günlər Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində baş verən hadisələr  AĞ Partiya olaraq bizi çox narahat edir”.
Bu barədə musavat.com-a AĞ Partiyanın sədri Tural Abbaslı bildirib. Onun sözlərinə görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə başlayan, dünən iki polis zabitinin qətlə yetirilməsiylə davam edən gərginlik ictimaiyyətdə narahatlıq yaradıb.
Partiya sədri istənilən halda hər cür zorakılığın, şiddətin və qətl hadisəsinin əleyhinə olduğunu qeyd edib: “Səbəb nə olursa olsun şiddət, qarşıdurma çıxış yolu deyil. Belə vəziyyətlərdə hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməli və hadisələrə bu rakursdan yanaşmalıdlrlar. Mən düşünürəm ki, hakimiyyət Azərbaycan Respublikasında sabitliyə və əminamanlığa cavabdeh olan bir siyasi qüvvə kimi, ciddi tədbirlər görəcək. Hakimiyyət hadisələrdə məsuliyyəti olan hər kəsi hüquqi məsuliyyətə cəlb etməlidir. Mən vətəndaşlarımızı daha soyuqqanlı olmağa, heç bir provakasiyaya uymamağa, aralıqda gəzən şayiələrə reaksiya verməməyə çağırıram. Unutmayaq ki, düşünülmüş şəkildə təşkil olunmuş belə qarşıdurmalar dövlətçiliyimizə, sabitliyimizə bərpaolunmaz zərbələr vura bilər. Eyni zamanda bu hadisələrdən bəzi nəticələr çıxarılmalıdır ki, sivil siyasi qüvvələr, siyasi oyunçular sıradan çıxarılanda boşalan yerləri mənbəyi bilinməyən daha radikal qüvvələr tuta bilir. Odur ki, demokratik dəyərlərə əsaslanan qüvvələrə fəaliyyət meydanı verilməlidir”.
E.SEYİDAĞA,
Musavat.com

Bizimlə əlaqə saxlayın