“Gəncədə baş verən terror hadisəsinin təlimat və göstərişlərin Əli Kərimli verdi” – AXCP sədri belə İFŞA EDİLDİ

30, 10, 21
10:00

“Gəncədə baş verən terror hadisəsinin təlimat və göstərişlərin Əli Kərimli verdi” – AXCP sədri belə İFŞA EDİLDİ


“Gəncədə baş verən terror hadisəsində məsuliyyəti AXCP sədri Əli Kərimli daşıyır. Bizlərə təlimat və göstərişlər  Əli Kərimlidən gəldi. İnsan ölümü ilə nəticələnən bu hadisə mənə 3 ildir rahatlıq vermir. Günahkar olduğum üçün vicdan əzabı çəkirəm…”

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə  cəhbəçi Sahib Teymurov sosial şəbəkədə status yazaraq prezident İlham Əliyevə müraciət edib.

Sahib (Bərdəli) Teymurovun yaydığı müraciəti olduğu kimi təqdim edirik:


“Cənab Prezident İlham Əliyev!

Hüquq-mühafizə orqanları bilməlidir ki, 10 İyul 2018-ci il, Gəncə hadisələrinə görə mən Sahib Teymurov yox, AXCP sədri Əli Kərimli məsuliyyət daşıyır. Çünki bu işin başında o dayanmışdı. Mən öz səfehliyim ucbatından Əli Kərimlinin təsiri altına düşərək xalqı küçə və meydanlara axışmağa çağırmışam. İnsan ölümü ilə nəticələnən bu hadisələr mənə 3 ildir rahatlıq vermir. Vicdan əzabı çəkirəm. Təbii ki, özümü günahkar sayıram. Ancaq mən bu işdə təlimatı yerinə yetirən birisi olmuşam. Göstərişlər isə Əli Kərimlidən gəlib. Mənim kor-koranə şəkildə Əli Kərimliyə inanmağım mənə də, ailə üzvülərimə də, bütün qohum-əqrəbama da çox baha başa gəldi.

Cənab Prezident!

Mərhum atanız Heydər Əliyev 1999-cu ildə şəxsən məni səfalətdən xilas etmişdi. Ulu öndər Heydər Əliyevi həmişə rəhmət hissi ilə anıram. İnanıram ki, siz də məni ağılsızlığım ucbatından törətdiyim məsuliyyətsiz əməllərə görə əfv edəcəksiniz.
Möhtərəm Prezident İlham Əliyev!

Gəncə hadisələrində ağır cinayətin baş vermə səbəblərini istintaq təhqiqatının aparılması üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazır olduğumu bəyan edirəm:


Daima qəlbində Heydər Əliyev sevgisini yaşadan bir Azərbaycan vətəndaşı olaraq Möhtərəm Prezidentimiz İlham Əliyevə müraciət edirəm!

Mən törətdiyim məsuliyyətsiz əməllərə görə etirafedici bəyanatı səmimi olaraq açıqlamaqla, sizin mərhəmətinizə sığınaraq əfv edilməyimi sizdən xahiş edirəm.”

Hörmətlə: Sahib Teymurov (Kanada)

AZƏRBAYCANREALLIĞI.COM


Bizimlə əlaqə saxlayın