Ata Abdullayevin məhkəməsi başladı: Əli Nağıyevə təşəkkür edirəm

08, 10, 21
18:27

Ata Abdullayevin məhkəməsi başladı: Əli Nağıyevə təşəkkür edirəm


Bakı Ağır Cinayətlər Məhkəməsində Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı keçirilib.

"Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ata Abdullayevin vəkili müdafiə etdiyi şəxs barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra A.Abdullayev çıxış edib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyev və Ombudsman Səbinə Əliyevaya təşəkkür edib:

"Mən həmin şəxslərdən deyiləm ki, müdafiəm üçün beynəlxalq təşkilatlara müraciət edim. Mənim onların müdafiəsinə ehtiyacım yoxdur. Şükürlər olsun ki, "Dəmir yumruq" zəfər çaldı. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm.

Zəfər yoluna and olsun ki, zərərçəkmişləri iki dəfə görmüşəm. Mən bu 7 ayda günahımın nədən ibarət olduğunu bilirəm, başa düşmüşəm. Amma həmin ittihamda yazılanların əsası yoxdur. Allah mənə qismət edib Vyanada "Dəmir yumruğu" şəxsən öpmüşəm. Mən Prezidentlə nəfəs alan adamam. Burda yazılanları etməmişəm. Şikayətçilərin elələri var ki, onlarla ünsiyyətim olmayıb. 7 ayda nə çəkdiyimi bir Allah bilir. Bu 7 ayda məni nə incidən, nə də zorla heç nə yazdıran olmayıb. And olsun Allaha, mən günahsızam, məsumam".

Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın