Deputat Məhərrəmlikdə toy edənləri qınadı: “Hətta ruslar, ermənilər də...“

17, 08, 21
18:00

Deputat Məhərrəmlikdə toy edənləri qınadı: “Hətta ruslar, ermənilər də...“


14 və 15 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib.

Bir neçə il bundan öncə Məhərrəm ayı zamanı toylar tamamilə dayandırılırdı, kiçik şənliklər belə keçirilmirdi. İndi isə toylara ümumiyyətlə ara verilməməsinin səbəbi nədir?

İnsanlar toylarla bağlı qadağanın yenidən qüvvəyə minməsindən qorxur, yoxsa Məhərrəm ayının ayinlərinə etinasızlıqmı yaranıb?

Milli Məclisin üzvü Aqil Abbas bu haqda danışıb. O, toy edənləri Allahın insafına buraxdığını bildirib:

“Toyları kim edirsə Allah onlara insaf versin. Əvvəllki zamanlarda Azərbaycanda yaşayan ermənilər, ruslar, digər xalqın nümayəndələri belə Məhərrəm ayına hörmətlə yanaşırdılar, toylar keçirilmirdi.

Bəlkə də insanlar pandemiya şəraitinə görə məcbur olub toy edirlər, içlərində qorxu yaranıb ki, yenidən karantin olacaq. Lakin belə qorxuları varsa gedib kəbin kəsdirsinlər, evlərində 5-10 nəfərlə qeyd etsinlər. Guya bu günə kimi karantin zamanı evlənən olmayıb? Olub 5-10 nəfər yığışıblar toy ediblər. Heç bir problem olmayıb”.

A.Abbas Məhərrəm ayında toy keçirməyi qəbul etmədiyini vurğulayıb:

“20 Yanvarda, 26 Fevralda toy keçirilirmi? Xeyr. O cümlədən İmam Hüseyn şəhidliyində, Məhərrəmlikdə toy etmək doğru deyil. Kim edirsə, Allah xoşbəxt eləsin. Mən bu anlayışı qəbul etmirəm”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın