Cahangir Əsgərov deyəsən, ARADAN ÇIXIR... - İLGİNC GƏLİŞMƏ

14, 08, 21
12:00

Cahangir Əsgərov deyəsən, ARADAN ÇIXIR... - İLGİNC GƏLİŞMƏ


Elə dünən yerli KİV-də yayılan informasiyalarda qeyd olunurdu ki, nəhayətdə "yuxarılar" tərəfindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyində dəyişiklik qərarı verilib və bu yaxınlarda sözügedən qərar rəsmiləşəcək.

Bildirir ki, bu gün isə artıq AZAL şefi Cahangir Əsgərovun şirkətlərini Azərbaycandan çıxarması haqda informasiyalar yayılıb. Yayılan xəbərlərə görə, AZAL şefi Azərbaycandakı kapitalını Böyük Britaniya və ABŞ-a daşımaqdadır. Mənbə bildirir: "Artıq proses son bir ayda daha da intensivləşib".

Qeyd edək ki, yayılan bu informasiynaı təsdiqləyən rəsmi bir elan da KİV-də ictimailəşib.

Məlumatına görə, AZAL şefinə aid olan “Şüvəlan P.F.K” MMC artıq özünü müflis elan edib.

Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini AZ-1061 Bakı şəhəri, Xəzər rayonu, L.Starçuk küçəsi, ev 19D ünvanına bildirə bilərlər.

Qeyd edək ki, bu şirkət 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 300 manatdır və qanuni təmsilçisi Fikrət Hüseynovdur. MMC-nin Cahangir Əsgərova aid olduğu bildirilir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

İddia olunanlarla baölı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... (DİA.AZ)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın