Azərbaycanda iki tanınmışın "pişik qalmaqalı"

13, 08, 21
21:00

Azərbaycanda iki tanınmışın "pişik qalmaqalı"


Sosial şəbəkələrdə bloqer və ictimai fəal Bəxtiyar Hacıyev qadına qarşı göstərdiyi təhqir və zorakılıq günün trendinə çevrilib. Tanınmış bloqerin təhqir etdiyi xanım ondan polisə şikayət edib. Belə ki, Bəxtiyar Hacıyev jurnalist Ülviyyə Alovlunun evinə hücum edərək, ona xəsarət yetirməyə çalışıb. Münaqişəyə səbəb isə nə qədər gülüş doğursa da, adi pişik balaları olub. Olay isə belədir ki, Bəxtiyar Hacıyev özünün dişi çöl pişiyi ilə Ülviyyə Alovlunun erkək cins pişiyini cütləşdirməyi xahiş edib, Ülviyyə Alovlu da bir balanın ona veriləcəyi şərti ilə buna razılaşıb. Amma Hacıyevin pişiyi balalayandan sonra o, Ülviyyə Alovlunun bala payını verməkdən imtina edib.

Bundan sonra jurnalistin Facebook profilində  "Ayrı vaxt haqq-ədalətdən danışan Bəxtiyar Hacıyev mənim bala payımı vermir" statusunu yazıb. Bunu görən Bəxtiyar Hacıyev qonşuluqda yaşayan, hazırda evdə tək olduğunu bilən jurnalist Ülviyyə Alovlunun mənzilinə hücum çəkib. Qonşuların gözü qarşısında aqressivlik göstərərək qapını sındırmağa, evə daxil olmağa çalışıb. Buna müvəffəq olmayacağını gördüyü halda isə küçədə hədə-qorxu və nalayiq ifadələrlə bağırmağa başlayıb.

Gün ərzində dəfələrlə bu cür hücuma məruz qalan jurnalist Bəxtiyar Hacıyevin beşinci hücumu zamanı polisə zəng etməli olub. Sahə müvəkkili hadisə yerinə gəlincə Bəxtiyar Hacıyev oradan qaça bilib. Polis jurnalistdən ərizə və izahat alaraq, Bəxtiyar Hacıyevi bölməyə çağırtdırıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır və qısa zamanda ictimaiyyətə məlumat veriləcək.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın