Elmar Vəliyevi bu gənc əvəz edir - Foto

06, 07, 18
13:33

Elmar Vəliyevi bu gənc əvəz edir - Foto

Elmar Vəliyevi bu gənc əvəz edir - Foto



 XƏBƏR verdiyimiz kimi iyul ayının 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib və o, yaralanaraq, xəstəxanaya yerləşdirilib.
Azerbaycanrealligi.com Unikal.org-a istinadən xəbər verir ki, Elmar Vəliyevin vəzifəsini hazırda başçının I müavini Elnur Rzayev icra edir.
Məlumatı Gəncə şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd edək ki, Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Aşağı Şorca kəndində anadan olub. 2013-2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru vəzifəsində işləyib. 03.12.2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə təyin edilib.
Ailəlidir. 3 övladı var.

Bizimlə əlaqə saxlayın