Prezidentin adamı Qarabağ üçün hazırlanan həll planının DETALLARINI AÇDI: Putin yaxşı anlayır ki...

05, 07, 18
20:03

Prezidentin adamı Qarabağ üçün hazırlanan həll planının DETALLARINI AÇDI: Putin yaxşı anlayır ki...

Prezidentin adamı Qarabağ üçün hazırlanan həll planının DETALLARINI AÇDI: Putin yaxşı anlayır ki...


Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markov Cocuq Mərcanlıda keçirilən və Ermənistan, həmçinin, Rusiyadakı erməni lobbisi tərəfindən hiddətlə qarşılanan “Azərbaycan – Cənubi Qafqazda tək müttəfiqi” adlı konfransdan danışıb.

Publika.az
xəbər verir ki, Markov konfransda Azərbaycanın Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi olması haqda səslənən tezisi ağıllı mövqe adlandırıb.

“Ən vacibi isə Dağlıq Qarabağ münaqişəsinin “Kazan düsturu” çərçivəsində mümkün qədər tez həll olunması məsələsinin qaldırılması idi. Rusiya prezidenti Vladimir Putin yaxşı anlayır ki, bu münaqişə nizama salınmalıdır. Buna görə də Azərbaycanla strateji əməkdaşlığı inkişaf edirir və bu əməkdaşlıq ittifaq xarakterinə malikdir”, - deyə o bildirib.



S.Markov konfransda iştirak edən “Vahid Rusiya” partiyasının deputatı Aleksey Yezubovun fikirlərini də xatırladıb.

Yezubov bildirib ki, “Azərbaycan, Rusiya və Ermənistan prezidentləri (Ermənistanın keçmiş hakimiyyəti nəzərdə tutulur - red.) münaqişənin həlli ilə bağlı “yol xəritəsi” hazırladılar və müəyyən etdilər ki, ilkin mərhələdə işğal altındakı rayonların beşi Azərbaycana qaytarılmalıdır”.

Markov əlavə edib ki, bu proses ləngiməməlidir: “Bizi hədəfimiz bu prosesi tamamlamaqdır. Nəticədə Qarabağ Azərbaycana qaytarılmalıdır”.

Asif

Bizimlə əlaqə saxlayın