AĞ Partiya başqanı Tural Abbaslı : Dünəndən indiyə kimi bir insanın belə Elmar Vəliyevə şəfa dilədiyini görmədim

04, 07, 18
23:27

AĞ Partiya başqanı Tural Abbaslı : Dünəndən indiyə kimi bir insanın belə Elmar Vəliyevə şəfa dilədiyini görmədim

AÄ Partiya baÅqanı Tural Abbaslı : BaÅda prezident olmaqla...
AĞ Partiya başqanı Tural Abbaslı öz "fasebook" səhifəsində ölkədə baş verən son hadisələrlə bağlı bunları yazdı...: Gəncə şəhər İH başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və xalqın bu hadisəyə reaksiyası məncə iqtidardakılara bir dərs olmalıdır. Dünəndən indiyə kimi bir insanın belə Elmar Vəliyevə şəfa dilədiyini görmədim. Tam əksinə, hər kəs nə qədər də qeyri etik olsa da bu məmurun ölümünü arzulayır və bu arzusunu açıq şəkildə ifadə edir. Hakimiyyətdəkilər, başda prezident olmaqla, nazirlər və bütün iri məmurlar indi özləri xalqın onlara qarşı olan gizli nifrətinin həddini ölçsünlər.Həmçinin, uyğun məqam və şəraitdə bu gün saya salmadıqları, hesablaşmadıqları xalqın qisas hissinin nə qədər sərt ola biləcəyini hesablasınlar. Hakimiyyət anlamalıdır ki, belə davam edə bilməz, etməməlidir. Dərhal və sürətlə siyasi, iqtisadi islahatlara başlanılmalı, dövlətdə həqiqi və dayanıqlı stabilliyin, inkişafın təməlləri atılmalıdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın