Neftçala rayonunda DTX həbs etdiyi Maliyyə Rəşid icra başçısının muavini ilə əlbir olaraq sahibkarın əmlakın ələ keçirib - Pirezdentə Şikayət
Neftçala rayonunda yerləşən “Neftçala-xidmət” Açıq Səhmdar Cəmiyyətini rayonun maliyyə şöbəsinin sədri Rəşid Manafov rayonun icra hakimiyyətinin başçısının muavini Zaur Kərimovla əlbir olaraq, qanunsuz yolla ələ keçirib. Bu haqqda Neftçala-xidmət” Açıq Səhmdar Cəmiyyətinin keçmiş müdürü Səxavət Babayev ölkə başçısına etdiyi şikayət ərizəsinin sürətini Azerbaycanrealligi.com-a göndərərək ictimayiləşdirməsini xahiş edib sözü gedən şikayət ərizəsini olduğu kimi oxucularmızın diqqətinə çatdırırıq.
Azərbaycan Respublikasının Prezidenti: Cənab İlham Əliyevə
Surəti: Kütləvi İnformasiya Vasitələrinə
Ünvanında yaşayan Neftçala şəhəri Şəhriyar küçəsi ev 31 yaşayan
Babayev Səxavət Musa oğlu tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli Prezident!
Hörmətli Cənablar!
“Neftçala-xidmət” Açıq Səhmdar Cəmiyyətinin 32 faiz səhm payımı 2014-cü ildə Neftçala rayon sosial idarəsinin o vaxtki rəisi, hazırda Neftçala rayon İcra Hakimiyyətində vəzifədə çalışan Kərimov Zaur Bəxtiyar oğluna 15.000 (on beş min) manata satın almasına razılaşdıq. Zaur mənə 9000 (doqquz min) manat beh verdi, 6000 (altı min) manat borclu qaldı və bildirdi ki, səhmləri Neftçala rayon maliyyə idarəsinin rəisi Manafov Rəşid Qəzənfər oğlu üçün alır, qalan 6000 (altı min) manatı sonra sənə alıb verərəm, notariat qaydasında alqı-satqı edərik. Mən Zaurla notariusa getdik, səhmlərimi onun adına müvəqqəti yəni alqı-satqı olana kimi keçirtdim, həmin vaxtdan pulumu tələb etsəm də, Zaur müxtəlif bəhanələr gətirərək pulu vermir. Odur ki, məcburiyyət qarşısında qalıb şikayətlər etməyə başladım.
Səxavət Babayev
Prezidentə ünvanladığım müraciət, rayon icra hakimiyyətinin hüquq şöbəsində baxıldı, məlum oldu ki, guya mən səhm payımı notariat qaydasında Zaura bağışlamışam. Mən evimi satıb səhm almışam ki, Zaura bağışlayım, özüm kirayədə dözülməz şəraitdə yaşayım?!
Belə ki, Neftçala rayonunda qanunsuz hərəkətlərlə məşğul olan icra hakimiyyətinin başçısı və vəzifəli şəxslərə qarşı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyat zamanı maliyyə idarəsinin rəisi Manafov Rəşid də məsuliyyətə cəlb olundu, Zaur pulumu verməkdən imtina etdi.
Hazırda həbsdə saxlanılan keçmiş icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin cinayətkar qrupunun ən yaxın üzvü maliyyə idarəsinin rəisi Manafov Rəşid və onun işlərinə yarayan hazırda icra hakimiyətində çalışan Kərimov Zaur, rayon notariusu ilə əlbir olub mənə məxsus 6000 (altı min) manat pulu qanunsuz yollarla ələ keçirtmişlər.
Hörmətli Prezident!
Hörmətli Cənablar!
Sizdən artıq dərəcədə
Xahiş edirəm:
Şikayətimin qanunla araşdırılmasında və Kərimov Zaur Bəxtiyar oğlundan 6000(altı min) manat məbləğində pulun alınıb mənə verilməsində köməklik göstərəsniz.
Hörmətlə: Səxavət Babayev
Əlaqə Telefonu: 050-476-21-93
Azerbaycanrealligi.com