Araşdırmaçı jurnalist Nurlan Cəfəri yazır...

21, 04, 21
17:00

Araşdırmaçı jurnalist Nurlan Cəfəri yazır...


Bu yazı zərurətdən yoğrulmuş, məcburiyyətdən yazılmış yazıdır. AXCP-nin iyrənc mübarizə üsulunu və zaman-zaman ona qoşulan Müsavat partiyasının istər video-müsahibələrdən, istər mediadan görməyimiz mümkündür. 

Bir neçə gün öncə Azərbaycan Respublikası Milli Məclisinin eks-spikeri Rəsul Quliyevin müsahibəsini dinlədim. Müsahibə bir çox siyasi həqiqətlərin bütün çılpaqlığı ilə üzə çıxmasına səbəb oldu. Hər zaman olduğu kimi dəqiq və qərəzsizliyi ilə. İstər hökümətdə istərsə də müxalif düşərgədə olan problemləri dilə gətirən eks-spiker bu müsahibəsində bir daha ölkə başçısının Qarabağla bağlı və cənubi Qafqazla bağlı yürütdüyü strateji siyasətə öz dəstəyini ifadə edib. Bu da açıq görülməkdədir ki, həm ölkə daxilində, həm də ölkə xaricində bir çoxlarını narahat edib. Rəsul Quliyevin bu müsahibəsinin altına AXCP-Müsavat və olmayan Milli Şuranın (əslində milsiz şura demək daha doğru olardı) trol dəstəsi tökülüşüb. Hədyanlar, təhqirlər (tənqid yox) yağdırır. Nə var-nə var ölkənin birinci spikeri ölkədə baş verən prosesləri sağlam qaydada, reallıqlara uyğun olaraq pafossuz, boğazdan yuxarı sözlərlə deyil də, sağlam düşüncə ilə analiz edib. Elə AXCP-Müsavat birliyini də narahat edən məhz budur. 

Sistemin içindən çıxan, onların fəaliyyətini nöqtə-vergülünə qədər müşahidə etmiş (hətda onlar barəsində cəmiyyətin bilmədiyi bir çox sirrləri bilən) bir şəxsin danışması...Özlərini müxalifət adlandıran bu müxalifcığazlar görünür hələ də 90-ların eyforiyasından çıxmağı bacarmamışlar. Özlərini mühim və “ağıllı” zənn edən bu əbləhlər unudurlar ki, 50-60 nəfərlik bir silahlı dəstə qarşısından necə fərari kimi qaçıblar! Bu siyasi yetimlər təyin etdikləri Müdafiə nazirini bir həftə balaca Azərbaycanda axtarıb tapa bilməyiblər.  Bunların həzm edə bilmədiyi əsas nüanslardan biri də məhz budur. 

 50-60 nəfərlik qanunsuz silahlı birləşmə qarşısından qaçanlar 1994-cü ilin Gəncə hadisələri zamanı və 1995-ci ilin OMON silahlı qiyamı zamanı düşünürdülər ki, yenidən hakimiyyətə bu dəfə ya Sürət Hüseynovun ya da Mahir Cavadovun qulbeçələri kimi qayıda biləcəklər. Amma 1993-1995-ci ilin Heydər Əliyev və ölkənin 2-ci şəxsi olmuş Rəsul Quliyevin bu silahlı üsyanlar zamanı göstərdiyi qətiyyətli mövqe AXCP-Müsavat cütlüyünün arzusunu gözündə qoymuş oldu. Hansı ki, xalq arasında heç bir nüfuzu olmayan bu şəxslərin son ümid yerləri məhv olmuşdu. İndi də bunun “qisasını” öz əxlaqlarına uyğun olaraq trol dəstələri vasitəsilə həyata keçirməkdədirlər.Burda bir haşiyə çıxım. Rəsul Quliyev doğurdanmı pis insandır?

Doğurdanmı "Milli Şura" üzvlərinin təqdim etdiyi kimi "Rəsul Quliyev neftin pullarını götürüb qaçıb"? Bəlkə elə həqiqətən "Rəsul Quliyev xalq üçün yox, öz cibi üçün çalışıb"? Bu və digər suallara cavab tapmaq üçün Rəsul Quliyev vəzifədə olarkən onunla rəsmi və qeyri rəsmi ünsiyyətdə olan insanları tapıb söhbət etmək kifayətdir.Mən bu yazını Rəsul Quliyevi müdafiə etmək məqsədilə yazmıram. Əminəm ki, onun buna heç ehtiyacı da yoxdur. Mən bu yazını milli dövlətçiliyimiz tarixində ilk dəfə formalaşmış sivil iqtidar-müxalifət münasibətlərini təbliğ etmək məqsədilə də yazmıram. Bu yazımın məqsədi simasızları ifşa etməkdir!Anlaşılandır ki, özünə “Demokratik Qüvvələrin Milli Şurası” kimi böyük ad seçmiş bu kiçik insanları Rəsul Quliyevin bir müxalifət lideri kimi Azərbaycanın bu günü və gələcəyi haqqında verdiyi analizlərin ən çox oxunan, dinlənilən videolar sırasına daxil olması, nəticədə “ana müxalifət” iddiasında olanların bu statistik göstəricilər qarşısında heç “bala müxalifət” olmağa layiq olmadıqlarının görsənməsi bu siyasətbazları çox rahatsız edir. Rəsul Quliyev yeganə şəxsdir ki, müxalifətin iç üzünü 2003-cü, 2005-ci illərdə faktlarla açdı və onların ölkəyə xeyir yox, məhz ziyan vurduğunu danılmaz faktlarla sübut edərək ifşa etdi. Əli Kərimli, Arif Hacılının bivec adam olduqlarını, şəxsi maraqları üçün müxalifətçi donu geyindiklərini, 2013-cü ildən başlayaraq kukla Milli Şura və özünü onun sədri (tarixçi adlandırmış ancaq tarixdən xəbəri olmayan) Cəmil Həsənlinin nadanlığını millətə izah edə bildi. Sonrakı hadisələr Quliyevin hansı səviyyədə haqlı olduğunu gün üzünə çıxartdı. 

Özünü müxalifət adlandıran bu ünsürlər 5 qəpiyə millətini satmağa hazır olduqlarını dəfələrlə ortaya qoymuşlar. 100-lərlə adamlara rüşvətlə saxta sənəd verib siyasi sığınacaq almaqlarına süni zəmin yaratdılar. Anlamadılar ki, bu tamahları qarşısında dövlətimizə nə qədər zərbə endirmiş olurlar. Xaricə göndərdikləri adamlar vasitəsilə söyüşçü blogerlər yaratdılar, hansı blogerlərdən söhbət getdiyini hər kəs çox gözəl bilir. Məhz bu əməlləri ilə ölkə siyasətinə əxlaqsızlıq gətirmiş AXCP və Müsavat cütlüyü indi əxlaqdan danışmağa başlayıb. Çox gülməlidir... Burada Məmməd Arazın bir şerini xatırlamaq yerinə düşərdi: 

Bizim faciəmiz qəhqəhəli qəm,
Bizim komediyamız qəm dolu gülüş...
Rəsul Quliyevi düşmən elan etmiş kərimli, hacılı və bu simanı daşıyan milli satqınlar qorxularından Rəsul Quliyevə şəxsən cavab verə bilmirlər. Çünki daha üzə çıxacaq çox məsələlərdən rahatsızdırlar. Gözləri kölgəlidir! Bu səbəbdən də trol dəstələri arxasında gizlənməyi üstün tuturlar. 

Əlbət ki, günlərin birində eks-spikerin səbri tükənəcək, baxmayaraq onlarla birlikdə cəmi 15 gün işləyib, bu adamların necə “qəhrəman” olduqlarını, necə iyrəncliklərlə Elçibəyi yıxmaqlarını və bu kimi digər dövləti cinayətlərini real faktlarla açıqlayacaq... Amma qorxunun əcələ faydası yoxdur cənablar. Bir gün tam ifşa ediləcəksiniz.Bu siyasətbazlar 30 il dövlət başçısından Qarabağı tələb edib, özlərini xalqın təəssübkeşi, Qarabağın qayıtmasını istəyən qüvvələr kimi qələmə versələr də çox uzaq olmayan keçmişdə, daha dəqiq bir neçə ay öncə fiaskoya uğradılar. Ordumuzun Qarabağda apardığı anti-terror əməliyyatları zamanı ölkə rəhbərinə, ölkənin Ali Baş Komandanına öncə dəstək vermədilər, daha sonra xalqın etirazlarından sonra "xala xətrin qalmasın" tonunda dəstəklərini nümayiş etdilər. Utanmasalar onu da etməzdilər. İfşa olunmaqdan qorxdular, xalq tərəfindən qəbul edilməməkləri azmış kimi daşa basılmalarından qorxub dəstək verdilər amma nə fayda? Arxadan atılan daş necə deyərlər topuğa dəyər. Müharibə bitən kimi yənə öz xislətlərinə geri döndülər. Özlərini “Rusiyanın başını əzəcək qədər” güclü olduqlarını iddia edib ölkə rəhbərini Rusiya ilə əlaqələri pozmamaqda günahlandırdılar. Qəribə deyilmi?

AXCP-Müsavat adlı bu siyasət həfəskarları 2013-cü ilə qədər "Qərb Demokratiyası"-dan danışırdılar, qərbin dəstəyi ilə hakimiyyətə gəlməyin mümkün olmadığını başa düşəndən sonra isə illərlə sərt tənqid etdikləri şimal qonşumuza üz tutdular. İndi Sizlər deyin: Belələrinə nə ad vermək olar?Fərariliyi həyat prinsipi seçmiş AXCP-Müsavat cütlüyünün qalıqları yənə də öz xislətlərinə sadiqdilər.

Düz 1 il bundan öncə mediaya “Amerikaya qızımın yanına gəlmişəm” xəbərini tirajladan Cəmil Həsənlinin qızının "səs sorağı" Bakıdakı otellərdən gəldi... Aradan çıxmaq yolu seçmiş Cəmil Həsənlinin qızının kölgəsində gizlənmə cəhdi də fiaskoya uğradı. Çox detallıqlara getmək istəmirəm. Amma məlum hadisələrdən sonra əxlaqlı biri siyasətdə qalmazdı. Ömrünün bu yaşında müxalifət lideri olmaq sevdasına düşmüş Həsənli daha çox tarixdə porno ulduz atası kimi düşdüyünün yəqin fərqindədir...

Bir zamanlar narıncı lentlərə bağlanmış bu Bəycığazlar üzərindən illər keçməsinə baxmayaraq görünür hələ də dərk edə bilməyən bu şəxslər hakimiyyətə gəlmək üçün narıncı köynəklərə yox xalqın sevgisinə bürünməyin lazım olduğunu hələ də dərk edə bilməmişlər.Bir dəfəlik anlayın ki, bu beyinlə hakimiyyətə gəlmək şansınız yalnız yuxuda gərçəkləşə bilər. Real həyatda isə bu mümkünsüzdür. Çünki siz yoxsunuz, ölmüsünüz həm də illər öncə! Necə deyərlər, Ali Baş Komandanın təbiri ilə desək:  Cəhənnəma getdi "Milli Şura", gorbagor oldu "Milli Şura"...

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın