Təsafüf, müəmma, yoxsa Aydın Acalovun qisməti...

10, 03, 21
16:00

Təsafüf, müəmma, yoxsa Aydın Acalovun qisməti...


Siyasi çəkişmələrin bolluğu, hadisələrin yedəyində getməmək baxımından izaholunandır. Palitra öz yerində, gerçəkliyin diqtə etdiyi nə varsa, yolundadır, iqtidar-müxalifət qarşıdurması siyasi sferanı tamamlayır. Əslində, normal cəmiyyət üçün qəbul oluna biləcək siyasi düşüncə tərzinin özünəməxsusluğunu qabartmağın mənasızlığı ara-sıra gözə çarpsa da, hər şey öz qəlibindədir.
Keçmişi qaranlıq olanlar,  zamanında gəncliyin enerjisindən gen-bol faydalanıb siyasi gündəmə damğa vurmaq istəyənləri gözə aldıqca, təəssüflənməkdən özgə çarə qalmır, TƏƏSSÜF ki, məhz belədir. 2012-ci il avqustun sonlarında Müşfiqabad qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi əqidəli, ləyaqətli bir insanın həyatına son qoydu-bu Aydın Acalov idi. Onu tanıyanlar, keçdiyi həyat yoluna nəzər salanlar Acalovun şərəfıi bioqrafiyasının olduğunu, dürüstlüyünü, tutduğu yoldan dönməzliyini yaxşı bilirlər. Müsavat partiyasının Məclis üzvü olan Aydın bəy partiyadaşları arasında da fəaliyyəti ilə yüksək rəğbət qazanmış, böyük hörmət sahibi olmuşdu. Heyflər olsun ki, adını çəkdiyimiz qəza bu işıqlı insanı aramızdan apardı.

Qəzanın təfərrüatları çoxlarına bəlli olsa da, bilməyənlər də yetərincədi. Məsələ ondadı ki, bu gün müxalif düşərgədə lövbər salıb əks tərəfi qamçılayan Nigar Yaqublunun mövcud qaydalara uyğun olmadan sükan arxasında oturmağı məhz Acalovun həyatına son qoydu. Heç dərinliyə gedib də, Yaqublunun  özgə maşınını yad yerdə  idarə etməyinin fərqinə varmırıq da, iki müsavatçı, iki əqidədaşın- baxmayaraq ki, əks cinslərin nümayəndələriydilər-eyni vaxtda, eyni məkanda görünməsinin də çalarlarına toxunmuruq.
Sadəcə, bu gün ötən illəri, qaysaq bağlamamış yaraları xatırladıqca, müxalifətçi bir ailənin vay-şüvənliyini başa düşə bilmirik. Adamlar, vaxtınız olanda geriyə də baxın, orda sizlərin qaranlıq keçmişiniz, həyatınıza düzən verməyən müəmmalı məqamlar, gələcəyinizin üstündən çalın-çarpaz xətt çəkən sirrlər kifayət qədərdir. Bu sirlərin, müəmmaların bugünkü  fəaliyyətinizə aid olub olmamasının bizlər yox, sizlər fərqinə varmalısınız. Və bir daha çox təəssüf ki, heç vaxt fərqinə varmayacaqsınız. Çünki ağalarınızdan aldığınız sifarişlər, təlimatlar  qaranlıq dolu keçmişinizin müəmma dolu pərdəsini götürməsə də, iştahınızın kəsərli, nəfsinizin iti olmasını əngəlləmir...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın