“Əli Kərimli ilə Fərəc Quliyev müştərək...” - Deputatdan ŞOK AÇIQLAMA

02, 03, 21
21:30

“Əli Kərimli ilə Fərəc Quliyev müştərək...” - Deputatdan ŞOK AÇIQLAMA


"Mənə qarşı qarayaxma və böhtan kampaniyasının başında Fərəc Quliyevin oğlu Mətin Quliyev dayanır. Bu məsələ təsdiqini tapib. Mənə maraqlı gələn başqa məsələdir. Əli Kərimlinin işlətdiyi "Azadliq" qəzetinin facebook səhifəsinin Fərəc Quliyevin oğlu ilə nə əlaqəsi var?"

Azerbaycanrealligi.com xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib.

Deputatın iddiasına görə ona qarşı aparılan qara piar kampaniyasında Mətin Quliyevlə yanaşı iştirak edənlər var:

"M. Quliyevin paylaşdığı qara piar elementləri nədən ilk olaraq "Azadlıq" qəzetinin facebook səhifəfisində yer tapir? Qeyd edim ki, gün ərzində böhtan xarakterli bir neçə eyni məzmunda materiallar paylaşılır. Daha sonra eyni adamlar həmin paylaşmaların altından ən əxlaqsız söyüş və təhqirlərli yazırlar.

P.S. Bəlkə Əli Kərimli ilə Fərəc Quliyev müştərək ferma işlədirlər....".

Qeyd edək ki, bir neçə gündür deputat Etibar Əliyevin adından hərbçilərin maaşının azaldılmasına bəraət qazandıran fikirlər sosial şəbəkələrdə yayılır və o, buna görə ciddi tənqid olunur. Hətta söyüş və təhqirlərə məruz qalır.

Xatırladaq ki, Fərəc Quliyev ötən çağırışda 31 saylı Suraxanı ikinci seçki dairəsindən Milli Məclisin üzvü olub. O, 2020-ci ilin fevralında keçirilən növbədənkənar seçkilərdə həmin dairədən yenidən namizədliyini irəli sürsə də, bu dəfə Etibar Əliyev deputat seçilib. (Yenisabah.az)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın