Ərdoğanın Bakıya gəlmə tarixi bilindi

30, 06, 18
13:14

Ərdoğanın Bakıya gəlmə tarixi bilindi

Ərdoğanın Bakıya gəlmə tarixi bilindi


İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Milliyyət” qəzeti yayıb.
Ərdoğanın andiçmə mərasiminin 8 iyulda baş tutacağı da bildirilib. Bundan sonra onun ayın 10-da Şimali Kipr Türk Cümhuriyyətinə getməsi nəzərdə tutulub.
Xəbərdə bildirilir ki, Ərdoğan elə həmin gün Kiprdən Bakıya gələcək.
İyulun 11-də isə onun NATO-nun Brüssel sammitinə qatılması planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın