Təhsil nazirinə yeni müavin təyin edilib

29, 06, 18
00:37

Təhsil nazirinə yeni müavin təyin edilib

Təhsil nazirinə yeni müavin təyin edilib


Təhsil nazirinə yeni müavin təyin edilib.
 
APA-nın xəbərinə görə, müvafiq sərəncamla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva təhsil nazirinin müavini təyin olunub.
 
Qeyd edək ki, M. Vəliyeva1968-ci ildə Bakı şəhərində anadan olub.
 
1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.
 
1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
 
Azərbaycan Respublikası  Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasınınəməkdar müəllimi" fəxri adına layiq görülüb.
 
Psixologiya üzrə fəlsəfə doktorudur.
 
2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib.
 
Təhsil naziri 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
 
Ailəlidir, 2 övladı var.

Bizimlə əlaqə saxlayın