Əli Həsənovun öz yanında işə götürdüyü 30 yaşlı qızı kimdir? — MARAQLI DOSYE + FOTOLAR

07, 09, 20
18:08

Əli Həsənovun öz yanında işə götürdüyü 30 yaşlı qızı kimdir? — MARAQLI DOSYE + FOTOLAR

Son günlər Prezidenin sabiq köməkçisi Əli Həsənovla bağlı qalmaqallı xəbərlər medianın və sosial şəbəkələrin gündəmindən düşmür.

Azerbaycanrealligi.com 
xəbər verir ki, Yeniavaz.com Əli Həsənovla bağlı daha bir qalmaqallı məqamı təqdim edir. Məlum olub ki, Prezidenin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına  rəhbərlik edən Əli Həsənov öz qızını həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.


Əli Həsənovun 1990-cı ildə anadan olan qızı Səfiyə Möhbəliyeva (Həsənov) “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olmaqla bərabər, eyni zamanda “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr muavinidir. Qeyd olunan İctimai Birliyinin sədri isə Əli Həsənovun müdir olduğu “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının baş müəllimi, Siyasi idarəetmə fakültəsinin dekanı Elçin Əhmədovdur.


Onu da qeyd edək ki, Əli Həsənovun rəhbərlik etdiyi “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında 2 millət vəkili - Elman Nəsirov və Musa Qasımlı da müəllimlik edir.
Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı Səfiyə Möhbəliyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbəliyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik İsfəndiyar Möhbəliyevin həyat yoldaşıdır.




Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın