Hafiz Hacıyev: Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir! - SƏS YAZISI

23, 08, 20
16:00

Hafiz Hacıyev: Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir! - SƏS YAZISI


Son zamanlar dünyada, həmçinin də Azərbaycanda gündəmi zəbt etmiş  koronavirus pandemiyasının tuğyan etdiyi bir vaxtda ölkədə elan olunmuş karantin qaydalarını pozaraq, nəvəsinə toy məclisi düzənləyən Prezident Administrasiyasının keçmiş rəhbəri, hal-hazırda AMEA-nın prezidenti Ramiz Mehdiyev ətrafında cərəyan edən xoşagəlməz hal bitib tükənmək bilmir.Toy məclisinin təşkilatçıları Ramiz Mehdiyevin yaxın qohumları artıq həbs olunub, digər tanınmış vəzifəli şəxslər isə cərimələniblər.

Azerbaycanrealligi.com xəbər verir ki, sözügedən məsələyə Müasir Musavat partiyasının sədri Hafiz Hacıyev daha sərt reaksiya verib.O, Ramiz Mehdiyevin həbs olunmasını, ya da nəzarətə götürülərək ev dustağı edilməsini, həmçinin, onun dərhal AMEA-nın prezidenti vəzifəsindən uzaqlaşdırılmasını istəyib.Ramiz Mehdiyevin ermənilərlə  qohumluq əlaqəsi, hətta onun həyat yoldaşının da erməni olması Hafiz Hacıyevin səsləndirdiyi iddialar arasında olub.

Hafiz Hacıyevin "Bumerang Media"ya  verdiyi açıqlamanın səs yazısını sizə təqdim edirik.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın