Nidaçilarin avropa məhkəmə şikayətləri təmin edlib

07, 06, 18
13:24

Nidaçilarin avropa məhkəmə şikayətləri təmin edlib

Azerbaycanrealligi.com xəbər verir ki, bu haqqda tanimiş vəkil Asabali Mustafayev öz facebook profiində yazib. Bu gün Avropa Məhkəməsi 4 nəfər NİDA-çı barədə həbs qətimkan tədbirinin tətbiqinin qanunsuz olmasından verilmiş ərizələr üzrə qərar qəbul etmişdir. Ərizəçilərdən ikisinin hüquqlarını milli məhkəmələrdə mən müdafiə edirdim. Məhkəmə qərarı ilə ərizəçilərə münasibətdə Konvensiyanın 5.1. və 5.3. (həbs qətimkan tədbirinin əsasız tətbiqi, bu barədə arqumentlərin araşdırılmaması) və 18-ci maddələrinin pozuntusu tanınmışdır. Sonuncu maddənin pozuntusu sadə dildə o deməkdir ki, hökümət onlar barədə həbs qətimkan tədbirini qəsdən qanunsuz olaraq tətbiq etmişdir. Bu maddənin pozuntusunun tanınması çox nadir hallarda olur. Bizim ölkə bu pozuntuda rekord vurur. Məhkəmə qərara əsasən ümumilikdə 91 000 avro kompensasiya təyin olunmuşdur.Beləliklə Avropa Məhkəməsində udduğumuz işlərin sayı 140 oldu. Ümüd edirəm ki, bu işlərin mahiyyətindən verdiyimiz şikayətlərə də yaxın zamanlarda baxılacaqdır.Onu da qeyd edim ki, bir çox işlərdə olduğu kimi bu işlərin də Avropa Məhkəməsində aparılmasında mənimlə yanaşı oğlum Ruslan Mustafazadə iştirak etmişdir. Onun adı olan məhkəmə qərarların sayı 100 keçib. Bu göstərici ilə Ruslan digər Avropa ölkəsində ən məşhur vəkil firmalarına qəbul olunardı. Bizdə isə o, vəkillik fəliyyətindən kənarda saxlanıldı. Daha özümü demirəm.Kompensasiyaları isə gec-tez ödətdirəcəyik. Təki alacağımız olsun

Bizimlə əlaqə saxlayın