Can üstündə olan AXCP - siyasətin boynubükük bənövşəsi Əli Kərimlinin son akkordları

10, 08, 20
21:12

Can üstündə olan AXCP - siyasətin boynubükük bənövşəsi Əli Kərimlinin son akkordları


 Bu günlər siyasi arenanın, ölkə gündəminin təlatümlü dönəm yaşaması kimsəyə sirr deyil. Məlum Tovuz hadisələrindən doğan və 14-15 iyul hadisələrinə gətirib çıxaran proseslər bir çox hadisələrin üstünə işıq saldı, iqtidarla müxalifət düşərgəsi arasındakı "incəliklər" bir daha çözüldü. 

Beləki, həm iqtidar, həm də müxalifət önündə "şlaqbaum"  rolunu şərafətlə yerinə yetirən Əli Kərimli və cameəsinin çalpaşıq hərəkət və qərarları, "Osmanqızı TV" nin baş qəhrəmanının güya montaj olunmuş sərsəmələri cəmiyyət içində birmənalı qarşılanmadı. Təsadüfi deyil ki, vaxtilə iqtidarın, indi isə müxalifətin ətəyindən bərk-bərk yapışan Gültəkin Hacıbəylinin "karantin rejiminin uzanması, xalqın ac qalması bizə çox gərəklidir" kimi bəsit, gülünc sayıqlamaları da hələ ki mövcud şəraitin çətinliklərinə sinə gərən kütlənin "odunun üstünə su tökməyə" hesablansa da, heç bir effekt vermədi. Kərimlinin müxalif düşərgədə özünə yer tapa bilməməsi(məni həbs edin, cəbhəçiləri buraxın) onun bacarıqları ilə iddialarının üst üstə düşməməsindən irəli gəlir. Baxmayaraq ki, öz liderinə, partiya sədrinə xəyanət edən biri üçün bu çətin olmamalı idi. Di gəl ki, "daş qayaya rast gəlmişdi".

Kərimlinin hələ AXC-yə pərçimlənməsindən öncə ağzından süd qoxusu gələnləri bir yerə cəmləyib "Yurd" adlı cəmdəyi dünyaya gətirməsi gələcəyə hesablansa da, Elçibəy kimi xarizmatik, millət sevdalısı kimi bir liderin beşiyində ağzı əmzikli qaldı. Düzdü, bu "cəmdək" kifayət qədər metastaz verib yayıla bildi. Müsavat, AMİP, ADP-nin uyğun mətbu orqanları olan "Yeni Müsavat", "Millət", "Hürriyyət " qəzetlərində yurdçular meydan sulayırdı. Kərimlinin əsas təbliğat ruporu "Azadlığ"ın 100 min tirajla çıxması belə xəyanətkarın vətənpərvər obrazını yarada bilmədi. Bir tərəfdə on minlərlə həqiqi, cəfakeş, Qarabağ yanğısı ilə alışıb yanan cəbhəçilər, digər tərəfdə Asim Mollazadənin, Fuad Mustafayevin dəllallığı ilə qrant pullarını rahatca həzm-rabedən keçirən, yalnız güzəran qayğısı çəkən, qarşılıqlı olaraq Kərimlini "vahid lider" kimi gözə soxmağa cəhd edən "qrantgəmiricilər". Yuxarıda adını çəkdiyimiz mətbu orqanlardan savayı, onlarla digərləri də( Bu Gün, Mərkəz, Məkan, Üç Nöqtə və s.)Kərimliyə bəzək-düzək verirdi. Amma liderinə və cəfakeş partiyadaşlarına xəyanət yolunu tutan biri üçün bütün bunlar bumeranq effekti verirdi. Kərimli bu gün də öz ampluasındadır.

Bunlarla yanaşı, öz aləmində müxalif düşərgədə özünə bab ola biləcək kimsə yox. Amma iyul mitinqindən sonra həbs olunan cəbhəçilərin məruz qaldıqlarını həzm edə bilməyən Kərimli "boynubükük bənövşəni" xatırladır. Bəlkə də onu çox qınamaq da olmaz. Amma neyləyəsən ki, keçmiş gələcəyin bünövrəsidir. Əlinin bünövrəsi isə çoxdan çat verib...

Ə.Rüstəmli

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın