sitename

“SONDA ÇOX YAXŞI BİR NÖQTƏYƏ GƏLİNDİ…” – Ərdoğanla Putin Qarabağ mövzusunda hansı razılığa gəlib?


“İbrahim Kalının açıqlaması iki qardaş ölkənin münasibətlərinin təzahürü kimi dəyərləndirilə bilər. Bu açıqlamanın görünən tərəfləridir. İndiyədək də qardaş ölkənin dəstəyi olub, amma əvvəlki illərdən fərqli olaraq bu dəfə Türkiyə hər cür dəstək verməkdən çəkinmir və bunu əməldə də göstərir. Görünməyən tərəf, amma həm də məsələnin mahiyyətində dayanan Rusiya-Türkiyə münasibətləridir və bu münasibətlərin artıq Suriya, Liviya cəbhəsində deyil, Cənubi Qafqazda, konkret olaraq Qarabağda özünü göstərməsidir”.

Azerbaycanrealligi.com xəbər verir ki, Bu fikirləri “AzPolitika.info”-ya təhlükəszilik məsələləri üzrə ekspert İlham İsmayıl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalının verdiyi açıqlamanı şərh edərkən bildirib.

Xatırladaq ki, İ.Kalın “burada işğalçı olan Ermənistandır. Hörmətli Prezidentimiz bunu dünən hörmətli Putinə də açıq şəkildə izah etdi”, – deyə Ərdoğanla Putin arasında son telefon danışığını şərh edərkən bildirib. O, daha sonra qeyd edib: “Biz Azərbaycanın yanındayıq. Prezidentimizin münasibəti belədir. Bununla bağlı ən kiçik tərəddüd belə yoxdur. Azərbaycana təhdid haradan gəlirsə gəlsin, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Amma bu, diplomatik kanalların bağlanması mənasına gəlmir. Putinlə telefon danışığı zamanı çox yaxşı bir nöqtəyə gəlindiyini söyləyə bilərəm”.

İlham İsmayıl yada salır ki, iyulun 18-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycan müdafiə nazirinə zəng edərək Qafqaz və Cənubi Qafqaz istiqamətində hərbi təlimlərin keçiriləcəyini bildirib. Bundan sonra – 27 iyulda Rusiya-Ermənistan ikitərəfli hərbi təlimləri başlayıb. Ekspert hesab edir ki, bir neçə gündən sonra Türkiyə Ordusunun Azərbaycanda birgə hərbi təlimlər keçirməsi adekvat cavabdır: “Burda Rusiyanın açıq etirazının olmamasını Kremlin Ermənistan hakimiyyətinə xəbərdarlığı kimi də dəyərləndirmək mümkündür. KTMT üzvü olmasına baxmayaraq, Tovuz hadisələrində Ermənistana açıq yardım edilməməsi, hətta təşkilatın toplantısının təxirə salınması bu xəbərdarlığın tərkib hissəsi idi. Vladimir Putin Paşinyanı cəzalandırmaq istəyir, amma burada Azərbaycana xüsusi şərait yaratmaqla, yəni neytral qalmaqla torpaqların az bir hissəsinin azad olunmasını da istəmir. Ona görə də, hələ ki, Paşinyanı bu cür sıxmaqla Ermənistan daxilindəki qüvvələrin hərəkətə keçməsini gözləyir, amma onu da vurğulamaq lazımdır ki, Paşinyandan narazılığın və ona əks olan siyasi qüvvələrin də təsir gücünün miqyası Rusiyanın istədiyi səviyyədə dəyil. Hələ ki, Türkiyə addım-addım Azərbaycana hərbi qüvvələrini təlimə cəlb edib, daha sonra daimi dislokasiyaya nail olmaq istəyir. Bu, indi olmasa da, perspektivdə baş verməsi mümkündür və Azərbaycan da çəkinmədən bu vacib işdə qərarlı olmalıdır”. 

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 743
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 580
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 296
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 175
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar